Zülfüqar Əyyub oğlu Zülfüqarov 5 fevral 1950-ci ildə Culfa rayon Saltaq kəndində anadan olmuşdur. 1957-ci ildə Culfa rayon Saltaq kənd orta məktəbinin I sinfinə başlamışdır. 1968-ci ildə Göydərə kənd orta məktəbin XI sinfini bitirmişdir. 1970-ci ildə Azərbaycan Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. 1974-ci ildə SSRİ-nin 50 illiyi adına Xarici dillər İnstitutunu bitirmişdir. 1976-cı ildə Patris Lumumba adına Xalqlar dostluğu Universitetinin məzunu olmuşdur. Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanı, Azərbaycan Respublikasının Həmkarlar İttifaqının fəxri fərmanı ilə təltif edilmişdir. Mərkəzi Asiyada Səmərəliliyin tədqiqi mərkəzinin həqiqi üzvü , Beynəlxalq Biblioqrafiya mərkəzinin üzvü olmuşdur. 1974-cü ildən Culfa rayon təhsil şöbəsi Xanağa və Saltaq kənd orta məktəblərində müəllim, 1975-1983-cü illər arası paralel olaraq BMT-nin Azərbaycan üzrə koordinatoru, 1978-1979-cu ildə Culfa rayonunda Soyuzvneştrasda tərcüməçi, 1996-ildən Naxçıvan Dövlət Universitetində müəllim işləmişdir. 1996-cı ildən Naxçıvan Özəl Universitetində indiki adı ilə "Naxçıvan" Universitetində dossent və müəllim vəzifəsində işləyir.

Kitablar:

1.Biz gələcəyə ümidlə baxırıq -We look forward hopefully. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisin qərarı ilə 2003cü ilin Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ili elan edilməsinə ithaf edilmişdir.
2.Qazet, biznes və tibb dili -The Language of Paper, Businnes and Medicine. “Təhsil Nazirliyi Elmi -Metodik Şurasının “Avropa dilləri və ədəbiyyatı” bölməsinin 03.06.2000 -ci il tarixli 17 saylı iclas protokolu ilə təsdiq olunmuşdur”.
3. English -Bu vəsait ixtisası ingilis dili olmayan tələbələr və ingilis dilində öz şifahi nitqlərini yaxşılaşdırmaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Kitabda verilmiş mətnlər Azərbaycan Respublikası (iqtisadiyyatı, tarixi, mədəniyyəti, dili, dini, adət-ənənələri və s.) tanitmaq və təbliğ etmək məqsədi daşıyır.
4.Additional Study to the Practical Course of English. “Təhsil Nazirliyi Elmi -Metodik Şurasının “Avropa dilləri və ədəbiyyatı” bölməsinin 03.06.2000 -ci il tarixli 17 saylı iclas protokolu ilə təsdiq olunmuşdur”.
5. Bu kitab Naxçıvan Özəl Universitetinin Elmi Şurasının 07.07.2011 tarixli 11 saylı protokolun qərarı ilə çap olunmuşdur.
6. Naxçıvan tarixinə baxış: Elmi əsərlər toplusu Naxçıvan-1999
7. Mineral waters of NAR and the foreigners view points:Beynəlxalq elmi-praktik
konfrans materialı Naxçıvan -1999
8. Xarici dil dərslərində söz mənasının açılması: Konfrans materialı Bakı-1999
9. Əyani vəsaitlərlə söz mənasının açılması: Konfrans materialı Bakı-2000
10. Knowledge management and reform: Konfrans materialı Naxçıvan 2000
11. Ana dilində evfemizmlər: Konfrans materialı Bakı-2000
12. Tərbiyə prosesinin əsas amilləri və milli faktorları: Konfrans materialı Bakı-2001
13. NAR -within Azerbaijan cooperates: Global Business Today, Washinqton USA 2002
14. Whats in a name: Washington USA 2003
15. The language of paper, business and medicine: Baki-2000
16. Tourists Guide Map Buklet 2001
17. Grammar exercises and tests Baki-2002
18. Nakhchivan Private University through the eyes of foreigners Baki 2002
19. We look forward hopefully Baki 2003
20. Brush up your English Baki 2004
21. English in 10 chapters Baki 2006
22. Second edition of additional study Baki 2006

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image