Elm və İnnovasiyalar şöbəsi

Elm və innovasiya şöbəsi “Naxçıvan” Universitetində (NU) elm və innovasiyalar üzrə işlərin təşkili və koordinasiyası sahəsində fəaliyyət göstərən müstəqil struktur bölmədir və bilavasitə universitetin rektoruna tabedir. Şöbə 2023-cü ilin fevral ayında Magistratura və doktorantura bölməsinin, Elmi hissənin bazasında yaradılmışdır.
Elm və innovasiya şöbəsinin əsas fəaliyyət istiqamətlərinə elmi tədqiqatların koordinasiyasının həyata keçirilməsi və universitetin elmi fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə elmi tədqiqatların və araşdırmaların nəticələrinin praktikada tətbiqinə nail olunması daxildir.
Təşkilati rəhbərlik, elmi-tədqiqat məsələləri üzrə universitet bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi və bu işlərə müntəzəm nəzarətin həyata keçirilməsi də şöbənin əsas fəaliyyət istiqamətlərinə aid edilir.
Həmçinin onu qeyd edə bilərik ki, müasir dövrdə öz səlahiyyətləri daxilində, universitet rəhbərliyinin kadr hazırlığı və elmi tədqiqat fəaliyyətinə aid qərarlarının içrasında yaxından iştirak, tələbələrin elmi yaradıcılıq fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, tələbələrin innovativ fəaliyyətə istiqamətləndirilməsi üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi prosesi Elm və innovasiya şöbəsinin əsas fəaliyyət istiqamətlərindən biridir.
Tələbə layihələrinin gələcəkdə kommersiya məqsədləri üçün hazırlanmasına dəstək tədbirlərinin genişləndirilməsi məqsədli seçiminin təşkili, perspektivli layihələrin müsabiqəsinin təşkili, qrant təşkilatlarına və dövlət qurumlarına dəstək üçün müraciətlərin təşkili, universitetdə təhsil, elmi və inzibati fəaliyyət üçün səmərəli idarəetmə sisteminin formalaşdırılması təkliflərini hazırlamaq və onların həyata keçirilməsinə dəstək göstərmək (treninqlər və monitorinqlər təşkil etmək)kimi işlərin icrasını da Elm və innovasiya şöbəsi həyata keçirməkdədir.
“Elmi əsərlər” jurnalının nəşri, tələbələrin elmi yaradıcılıq fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, tələbələrin innovativ fəaliyyətə istiqamətləndirilməsi üçün tədbirlərin hazırlanması və reallaşdırılması, elmi konfransların, seminarların, dəyirmi masaların və bu istiqamətli digər tədbirlərin təşkili Şöbə tərəfindən həyata keçirilir.
Şöbənin mühüm istiqamətlərindən biri də, magistratura doktorantura təhsilinin həyata keçirilməsi, təkrar bakalavr təhsilinin həyata keçirilməsi və “Antiplagiat” sistemi işinin təşkili və genişləndirilməsi prosesi təşkil edir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image