Beynəlxalq Əlaqələr şöbəsi

Beynəlxalq Əlaqələr Şöbəsi universitetin Beynəlxalq mühitə inteqrasiyasına, müxtəlif universitetlərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradır. Şöbənin missiyasi yeni beynəlxalq əlaqələrinin qurulması və universitetin dünya standartlarına uyğun beynəlxalq profilinin yaradılmasıdır. Beynəlxalq Əlaqələr Şöbəsi “Naxçıvan” Universitetinin Nizamnaməsinə əsasən öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir:

Əsas öhdəlik və məqsədləri:
  1. Universitetlər, beynəlxalq təşkilatlar, xarici qeyri-hökumət təşkilatları və digər qurumlarla danışıqların aparılması, əlaqələrin yaradılması, müqavilələrin hazırlanması;
  2. Beynəlxalq təhsil təcrübəsinə yiyələnmək məqsədilə qısamüddətli kurslar, tematik seminarlar, stajkeçmələr, elmi-praktik konfranslar, dəyirmi masalar və s. yollar ilə təhsil sahəsində beynəlxalq dəyərlər barədə NU-nun professor-müəllim-tələbə heyətinin təlimatlandırılması;
  3. Təhsil məsələləri ilə bağlı dövri mətbuatın və digər mənbələrin izlənilməsi, tərcüməsi və ondan istifadə edilməsi;
  4. Universitetin qrant müsabiqələrində iştirakının aktivləşməsi üçün layihələrin təşkili və təhsil sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edilməsi;
  5. Xarici ölkələr tərəfindən təklif olunan təqaüd proqramlarında universitet tələbələrinin iştirakının təmin edilməsi;
  6. Xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinin qəbulu zamanı tərcümənin təşkil edilməsi, söhbət və danışıqların qeydiyyatının aparılması, zərurət olduqda sənəd və materialların tərcümə edilib müvafiq qurumlara və müşahidəçilərə çatdırılması;
  7. Xarici partnyorlarla əməkdaşlıq barədə müqavilələr və memorandumları inkişaf etdirmək, onlarla əməkdaşlıq və universitetin rəsmi işçi heyətinin xaricə səyahətləri üçün texniki yardım göstərmək;
  8. Universitetə əcnəbi tələbələrin cəlbi işini həyata keçirmək. Viza, miqrasiya prosseslərini aparmaq, onların oriantasiyasını təşkil etmək, sosial mühitdə və tədris prosesində üzləşəcəkləri çətinliklərdə yardım etmək.
 
Strateji məqsəd:

Təhsil, elmi-tədqiqat, mədəni fəaliyyətləri beynəlxalq aləmdə inkişaf etdirmək və əcnəbi tələbələri cəlb etmək, texnologiya sahəsində beynəlxalq nümunəvi universitetə çevrilmək, NU-nun Dünya və Avropa təhsil sisteminə inteqrasiyası, təhsilin Bolonya prosesinə qoşulması ilə əlaqədar qabaqcıl ölkələrin təcrübələrini öyrənərək beynəlxalq standartlara uyğun kadr hazırlığı və elmi tədqiqat işləri sahəsində beynəlxalq əməkdaşlıq imkanları yaratmaq.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image