Xarici dillər fakültəsi

Xarici dillər fakültəsi 01.09.2014 tarixindən fəaliyyət göstərir.
Dekan - Səfərova Leyla Abbas qızı
Dekan müavini- Sərxan Heydər oğlu Musayev
Fakültə katibi- Nuray Qabil qızı Hümbətova
Dil koordinatoru- Nuridə Rəhman qızı Hacıyeva

Fakültə tərkibində  2 kafedra fəaliyyət göstərir;
-Xarici dillər
-İlahiyyat

 

Fakultə daxilində 3 ixtisas  fəaliyyət göstərir;
-Xarici dil (İngilis) müəllimliyi      - boloniya işçi planı
-Dinşünaslıq     - boloniya işçi planı
-Alman dili və ədəbiyyatı     - boloniya işçi planı

 

Fakültədə 17 professor - müəllim fəaliyyət göstərir ki, bunlardan 1 nəfəri filologiya üzrə fəlsəfə doktoru,  5-i baş müəllim, 6 nəfər dissertant və 11 nəfər  müəllim heyətindən ibarətdir. Fakültənin 2 müəllimi 2015-ci il oktyabr-2016-cı il avqust aralığında 10 (on) aylıq təkminləşdirmə kursu əsasında Almaniyanın Maksi Milino Universitetində kurs keçmişdirlər. Fakültədə 2016-cı ildən Alman dili və ədəbiyyatı ixtisası fəaliyyətə başlamışdır.
Fakültə müəllimlərindən 6 nəfər Naxçıva Dövlət Universitetinin dissetant- doktorantlarıdır.
Naxçıvan Muxtar Respublikasında ilk dəfə Naxçıvan Universitetinin Xarici dillər fakültəsində 2013-cü ildən 1+4 sistemi əsasında tədris aparılır.Həmçinin Naxçıvan Muxtar Respublikasında ilk və yeganə kafedra olan İlahiyyat kafedrası 2015-ci ildən məhz Naxçıvan Universitetinin Xarici dillər fakültəsində fəaliyyətə başlayıb. İlahiyyat kafedrası tərkibində yerləşən Dinşünaslıq ixtisasında tələbələrə İslam dini, tarixi və qanunları (Fiqh) ilə yanaşı qeyri-ixtisas fənləri də tədris olunur. Bu kafedrada 2 müəllim fəaliyyət göstərir.
Habelə fakültədə təhsil alan bütün tələbələr günlük dərs proqramlarından əlavə sərbəst mövzularda təşkil olunmuş diskussiyalarda iştirak edirlər. Hər həftə təyin olunmuş bir sərbəst günboyu 1+4 sistemi əsasında tələbələr üçün şəhər və şəhərdən kənarda yerləşən tarixi və turistlik məkanlarda, habelə muzeylərdə ekskursiyalar və açıq dərslər təşkil olunur və günboyu tanış olduqları yeniliklər haqqında tapşırıqlar verilir.

 

 

 

Həmçinin tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün fakültə tərkibində teart və gitar klubları fəaliyyət göstərir.

 

  Xarici dillər fakültəsində yerləşən hər bir tədris otağı müasir informatika texnologiyaları sistemi ilə təchiz olunmuşdur. İki ədəd 20 nəfərlik linqafon otağıoxu-dinləmə (reading-listening) dərslərinin tədrisi üçün tələbələrin xidmətinə verilmişdir.

 Bir ədəd 20 nəfərlik tərcümə mərkəzində tərcümə dərslərinin mühazirə və seminarı daha səmərəli və ətraflı şəkildə tədris olunur.
Elektron lövhə ilə təchiz olunmuş iki ədəd 90 nəfərlik mühazirə zallarında mühazirə dərsləri ilə yanaşı İKT dərslərinin tədrisi və habelə elmi konfransların keçirilməsi təşkil olunur. İki ədəd komputer otağı informatika texnologiyaları fənninin tədrisi ilə yanaşı informasiya yeniliklərinə dair məlumatlar əldə etmələri və günlük dərs tapşırıqlarını yerinə yetirmələri üçün tələbələrin istifadəsinə verilmişdir. Hər bir kursun bölündüyü qrup üzrə seminar dərslərinin tədris olunması üçün fakültə binasında 24 auditoriya otağı mövcuddur. Fakültədə semestr sonu, yekun və ara imtahanların keçirilməsi üçün elektron lövhə və komputerlərlə təchiz olunmuş 50 nəfərlik imtahan mərkəzi vardır. Həmçinin fakültədə 1 ədəd inteqrasiya mərkəzi mövcuddur ki, bu mərkəzlərdə də diskussiyalar, seminar dərsləri vəsərbəst mövzulu dərslərin müzakirəsinə dair dərslər tədris olunur.

 

Fakültə binası tərkibində yerləşən Heydər Əliyev Dövlətçilik mərkəzində H.Əliyev irsinin tədqiqi və tədrisi İKT və bilavasitə xüsusi kitabxana əsasında geniş və ətraflı şəkildə tədris olunur. Mərkəzdə 49 nəfərlik sağ və eləcə də sol əllə yazanlar üçün xüsusi oturacaqlar, tələbələrin əyani surətdə istifadə etmələri üçün H.Əliyev irsinə, Naxçıvan tarix və etnoqrafiyasına dair xüsusi kitablarla zənginləşdirilmiş kitab rəfləri və İKT dərslərinin tədrisi üçün elektron lövhəli qurğu mövcuddur.

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image