Tələbə Fəaliyyəti

“Naxçıvan” Universitetində idman zalı və mini futbol stadionu mövcuddur ki, tələbələr burada futbol, voleybol, masaüstü tennis, badminton, basketbol kimi idman növləri ilə məşğul olurlar.
Bundan başqa universitet şəhərciyində şahmat otağı fəaliyyət göstərir. Tələbələrin dərsdən sonrakı fəaliyyətlərində zehni inkişaf mühüm rol oynayır ki, bu mənada şahmat otağı şahmat sevərlər üçün daim gedilən yerlərdən biridir.
Universitet daxilində kitab klubu fəaliyyət göstərir ki, tələbələr ayda bir dəfə istər dünya klassikləri, istərsə də Azərbaycan ədəbiyyatı nümunələrini oxuyub dəyirmi masa ətrafında müzakirə edir.
Eləcə də Şən və hazır cavablar klubunun da fəaliyyətini xüsusiləı qeyd etmək lazımdır ki, burada tələbələr öz istedadlarını nümayiş etdirərək tədbirlərdə müxtəlif əsərlərdən teatr tamaşası hazırlayır, musiqili proqramlar təşkil edir və milli rəqslərimizi ifa edirlər.
Tələbələrin intellektual bacarıqlarının inkişaf etdirilməsi üçün universitetdə mütəmadi olaraq intellektual oyunlar keçirilir. Eləcə də tələbələrin dil bacarıqlarının inkişafı üçün “conversation club” çərçivəsində tələbələrimiz ingilis dilində müəyyən mövzular ətrafında müzakirələr aparır.

Tələbə GənclərTəşkilatı

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41 №-li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.
Buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanovun 28.02.2005 tarixli 89 saylı Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında əmrinə, 06-07 may 2005-ci il tarixlərində Təhsil Naziri M.Mərdanov və Gənclər İdman və Turizm Naziri Ə.Qarayev tərəfindən imzalanmış «Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının əsasnaməsi»nə uyğun olaraq digər universitetlərlə yanaşı "Naxçıvan" Universitetində də «Tələbə Gəncələr Təşkilatı» yaradılmışdır.
Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilmişdir. Təhsil müəssisələrində muxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Tələbə ElmiCəmiyyəti

"Naxçıvan" Universitetinin Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir.
TEC öz qarşısında kompleks vəzifələr qoyur. Bunların içərisində:
  • Tədqiqat işinin əsasının formalaşması və tələbələrin elmi idrak metoduna yiyələnməsi;
  • Tələbələrin tədris materialını dərin və yaradıcı şəkildə mənimsəmələrinə yardım göstərilməsi;
  • Elmin və praktikanın vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, yeni biliklərin yaran­masının əsası kimi fundamental tədqiqatlara marağın inkişaf etdirilməsi;
  • Elmi və praktik işə ən çox istedadı və bacarığı olan tələbələrin aşkar edilməsi;
  •  Tələbələrin elmi və praktik tədbirlərin (konkurs, olimpiada, seminar, konfrans, mühazirə, treninqlərin və s.) keçirilməsi və onlarda iştirak etmək imkanı haqda məlumatlandırılması;
  • Tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin, biznesin nümayən­dələrinin, hakimiyyətin və ictimai birliklərin iştirakı ilə seminar, dəyirmi masa, konfrans, forumların və elmi və praktik xarakterli digər tədbirlərin təşkili və keçirilməsi;
Tələbə Elmi Cəmiyyətinin yaradılmasında həm tələbələrin təşəbbüsü, onların fəal vətəndaş mövqeyi və elmə marağı, həm də bu cür tələbə birliyinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradan universitet rəhbərliyi əhəmiyyətli rol oynamışdır. Məhz bu maraqlar balansı, bir növ simbioz şəklində, onun mütəşəkkil inkişafına kömək edən başlıca amillərdən biridir.
TEC öz fəaliyyətini aşağıdakı formalarda həyata keçirir:
  • TEC-in iclası və qarşıdakı elmi tədbirlər haqda xəbər verilməsi;
  • Dövlət, ictimai və beynəlxalq təşkilatlarla, elm nümayəndələri ilə əməkdaşlıq;
  • Fənn olimpiadaları;
  • İqtisadiyyatın ayrı-ayrı bölmələri üzrə intellektual və işgüzar oyunlar;
  • Treninqlər və seminarlar;
  • Elmi mövzular üzrə diskussiyalar və cəmiyyətin aktual inkişaf məsələlərinin müzakirəsi;
  • Elmi konfransların, simpoziumların, dəyirmi masaların, işgüzar oyunların keçirilməsi.
Naxçıvan Özəl Universitetində tələbələrin elmi bacarıqlarını nümayiş etdirmələri üçün universitetdə hər cür şərait yaradılmışdır. Bunun üçün universitetdə zəngin kitabxana fondu yaradılmışdır.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image