İKT şöbəsi

İKT şöbəsi İT sahəsində bir sıra yeniliklər gətirməyi qarşısına məqsəd qoymuşdur. Universitetin İT infrastrukturunu daxili bilik hesabına qurmağı qarşısına məqsəd qoyan şöbə bu sahədə işlər görməkdədir. Bu məqsədlə şöbənin öz içərisində işçilər üçün proqramlama dərsləri təşkil olunaraq onların bilik və bacarıqlarını daha da artırmağa çalışılmaqdadır. Universitetdə İKT sahəsində yeniliklərin tətbiqi üçün mütəmadi olaraq araşdırma aparılmaqdadır. Yeni tədris ilində elektron jurnalın istifadəsi, işçilərin davamiyyətinin yoxlanılması üçün kartla vəya barmaq iziylə çalışan sistemlərin proqramlaşdırılması sahəsində çalışmalar aparılmaqdadır və şöbə artıq bu sistemi qurmaq biliyinə sahibdir. Universitetin server sisteminin qurulması və Windows, Linux tipli server əməliyyat sistemləri üzrə mütəmadi olaraq araşdırmalar aparılmaqdadır. Artıq bir çox funksiyalar Linux üzərindən həyata keçirilməkdədir. Gələcəkdə Windows əməliyyat sistemi ilə yanaşı Ubuntu Linux və ya Suse Linux istifadə etmənin məqsədə uyğunluğu və keyfiyyətə təsiri üzərində yoxlamalar aparılmaqdadır. Linux sahəsində araşdırmalara əsas səbəb daha təhlükəsiz, daha az maliyyətli və yenilikçi sistemlərə olan tələbatdır. Şöbədə proqramlaşdırma üzrə araşdırmalar aparılmaqdadır. Bu sahədə əsas istiqamətlər: tanıma sistemləri (üz, səs, rəsim, barmaq izi), android, tərcümə sistemləri, əməliyyat sistemlərini səslə idarə etmə, verilənlər bazası ilə işlərin qurulması, E-Universitet, server tipli proqramlar və s.
Proqramlaşdırma sahəsində görülən işlərin nəticələri aşağıdakılardır:
Çevirici proqramı; Alt şriftdən istifadə olunmuş Word, Excel sənədlərinin müasir standartlara cavab verməsi üçün onları unicode sisteminə çevirməyə yarayan proqram.
Translator, QuQu L3 Edition proqramları;
İngiliscə, Rusca, Türkcə tərcümə edə bilən az saylı proqramlardan biri olan bu proqramlar mətni səsləndirmə, bilik testi və öyrədici oyun funksiyalarına da malikdir. Proqramın yazılmasında əsas məqsəd universitetin təbliğidir.
Universitetin android proqramı; Hal hazırda üzərinə çalışılan bu proqram Azərbaycanda universitetlər üçün hazırlanan ilk android proqramıdır.

Elektron universitet sistemi

Hazırda üzərində çalışılan bu sistem Azərbaycanda universitetin özü tərəfindən həyata keçirilən az saylı e-universitet sistemlərindən biridir.
Universitetin saytı şöbə tərəfindən proqramlaşdırılmışdır və hazırda saytın zənginləşdirilməsi üçün çalışmalar aparılmaqdadır. Şöbə universitetdə işçilərin İT sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə seminarlar keçməkdədir.

İKT şöbəsinin əməkdaşları

1. Rəşad Saleh oğlu Abbasov - İKT şöbəsinin müdiri
2. Nuray Qasım qızı Abbasova - Elektron Təhsil üzrə mütəxəssis
3. Leyla Məmməd qızı İbrahimova - Elektron texnika üzrə mütəxəssis
4. Ramiyə Əli qızı Nəcəfova- Elektron texnika üzrə mütəxəssis
5. Əminə İlqar qızı Qəhramanova- Elektron Texnika üzrə nəzarətçi 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image