İctimaiyyətlə əlaqələr və marketinq sektoru

İctimaiyyətlə əlaqələr və marketinq sektoru universitetdə 2023-cü ilin fevral ayından yaradılıb. Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən müvafiq strukturlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
İctimaiyyətlə əlaqələr və marketinq sektoru fəaliyyətini 2 istiqamətdə həyata keçirir.
İctimaiyyətlə əlaqələr istiqamətində - Universitetin strukturlarının ictimaiyyətlə əlaqələrini təşkil edir, əlaqələndirir. “Naxçıvan” Universitetinin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar hazırlayır. Müvafiq sahədə beynəlxalq, regional konfransların, seminarların və təlimlərin işıqlandırılmasını təşkil edir, universitetin rəhbərliyinin və digər vəzifəli şəxslərinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkilini həyata keçirir, əlaqələndirir və universitetin tərəfindən keçirilən tədbirlərdə yerli və xarici KİV nümayəndələrinin iştirakını təmin edir.
Marketinq istiqamətində - davamlı olaraq daxili və xarici bazar araşdırması edib, təhsilyönümlü kreativ layihələr və kampaniyalar təklif etmək, təsdiqlənən layihələri icra edilməsi nəticələrini analiz edir. Universitetin imicinin və satışlarının artırılması istiqamətində illik və yarım-illik strategiyalar hazırlanmasını və icrasını təmin edir. Eyni zamanda, universitetin strukturuna uyğun reklam və promo məhsullarına ehtiyacı müəyyən edib, bu istiqamətdə düzgün kommunikasiya planı hazırlayır və plana uyğun promo məhsulların sifarişi, universitetin ümumi vizual görünüşü ilə bağlı kompleks işlərin icrasını təşkil edir. Universitetin ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materialları hazırlayıb və aidiyyatı hədəf qrupları arasında yayılmasını təmin edir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image