Universitetin Ombudsman aparatına şikayətlər elektron olaraq universitetin saytında yerləşən keçiddən edilir.
- Ombudsman aparatına daxil olmuş şikayət 10 gün içərisində araşdırılır və bir nəticəyə gəlinir.
- Ombudsman şikayətin əsasında aidiyyatı olan şəxs və ya şəxslərlə əlaqə yaradır.
- Tərəflərin görüşünü təşkil edir.
- Məsələnin həllində vasitəçiliyin və digər alternativ üsulların mahiyyətini tərəflərə izah edir.
- Problemi aradan qaldırmaq üçün vasitəçilik edir.
- Məsələnin həllinə xidmət edən digər fəaliyyətlər (məşğuliyyətlər) təşkil edir.
- Əgər müraciət ombudsmanın səlahiyyəti çərçivəsinə daxil deyilsə, o zaman müraciət edən şəxsi müvafiq quruma yönləndirir.