Zeynalova Xəzrin Vəli qızı 27 Noyabr 1989-cu ildə  Şərur rayonunun Muğancıq Mehrab kəndində anadan olmuşdur. 1996-cı ildə Nizami Gəncəvi adına M.Mehrab kənd orta məktəbinin birinci sinfinə daxil olub. 2007-ci ildə qeyd olunan məktəbi əla qiymətlərlə başa vurub. 2007-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. 2011-ci ildə Universiteti “Fərqlənmə” diplomu ilə bitirmişdir.
   2011-ci ildə  Azərbaycan Dillər Universitetinin magistratura pilləsinə daxil olmuşdur. 2013-cü ildə magistraturanı  bitirmişdir. 2013-cü il sentyabr ayının 11-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsində inspektor kimi işə başlayıb. 2014-cü il aprel ayının 31-də öz istəyi ilə ərizəsin yazaraq işdən çıxıb. 2014-cü ildən Naxçıvan Universitetinin Xarici dillər kafedrasının müəllimidir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image