Şirməmməd Qüdrət oğlu Qulubəyli 19 fevral 1954-cü ildə Babək rayon Sirab kəndində anadan olmuşdur. 1961-ci ildə Babək rayon Sirab kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1971-ci ildə həmin məktəbi bitirmişdir.1971-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuş və 1976-cı il SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirmişdir. 1976-1982-ci illər arasında Babək rayonunda müəllim vəzifəsində işləmiş, 1982-1986-cı illərdə Ordubad şəhərində yerləşən RCXKB-da bölmə müdiri, 1989-1997-ci illərdə Babək rayonunda müəllim, 1998-ci ildən Naxçıvan Özəl Universitetində  indiki adı ilə "Naxçıvan" Universitetində müəllim işləyir.
   2007-cı il mart ayının 10-da Filologiya elmləri üzrə fəlsəfə doktoru adını almışdır.

Kitablar:

1.Azərbaycanca-İngiliscə danışıq kitabı.Azerbaijani-English conversational book. Kitab Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 03 aprel 2008 ci il tarixli iclasın 09 №-li protokolunun qərarı ilə çap olunmuşdur. 2008-ci ildə Qızıl Dağ mətbəəsində nəşr olunmuşdur.
2.Müasir Azərbaycan dilində felin qaydışlıq kateqoriyasına dair (Bakı, № 1987, 8)
3.Müasir Azərbaycan və ingilis dillərindəfelin qayıdışlıq kateqoriyasına dair (Bakı, 1992)
4.Dilçilikdə sahə nəzəriyyəsi və onun qayıdışlıq kateqoriyasına tətbiqinə dair (Bakı, 2000)
5.Müasir Azərbaycan və ingilis dillərində felin qayıdışlıq sahəsinin müqayisəli-tipoloji təqiqinə dair (Bakı, 2000, №7)
6.Qayıdışlığın ikili ifadə imkanı və refleksivlik dərəcəsinə dair (Naxçıvan, 2001)
7.Müasir Azərbaycan və ingilis dillərində felin qayıdışlıq kateqoriyası (Bakı, “Elm”, 2003)
8.Abituriyentlər və ingilis dilini sərbəst öyrənənlər üçün vəsait (Bakı, “Adiloglu”, nəşriyyatı, 2003)
9.Xüsusi qayıdışlıq mənasının Azərbaycan və ingilis dillərində müqayisəli-tipoloji tədqiqinə dair (Bakı, 2004)
10.Müasir Azərbaycan və ingilis dillərində orta qayıdışlıq mənasına dair (Bakı, 2004, No3)
11.English tests Naxçıvan “Qızıldağ” nəşriyyatı, 2008
12.Praktik ingilis dili kursu, Naxçıvan “Qızıldağ” nəşriyyatı, 2008
13.İngilis dili. Universitetlərə hazırlıq vəsaiti, Naxçıvan “Qızıldağ” nəşriyyatı, 2008
14.Müasir Azərbaycan və İngilis dillərində İsmin hal kateqoriyasına dair, Naxçıvan “Tusi” -2009

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image