Rəna Urfullah qızı Qurbanova 1995-ci il mart ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. 2001-2012-ci illərdə Naxçıvan şəhər Əli Sultanlı adına 10№-li tam orta məktəbində təhsil almış və məktəbi əla qiymətlərlə bitirmişdir. 2012-2016-cı illərdə Naxçıvan Dövlət Universitetinin tarix filologiya fakultəsinin “tarix müəllimliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2017-2019-cu illərdə Naxçıvan Dövlət Universitetinin “Tarix fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistraturaya qəbul olmuş, həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2016-cı ilin iyun ayından 2017-ci ilin mart ayına qədər Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında komputer operatoru vəzifəsində çalışmışdır. 2017-2018-ci tədris ilində Heydər Əliyev adına Hərbi Liseydə tarix müəllimi vəzifəsində çalışmışdır. 2018-ci ilin sentyabr ayından Naxçıvan Universitetində tarix müəllimi vəzifəsində çalışır. 2020-ci ildən “Naxçıvan” Universitetinin dissertantıdır.
2019-cu ilin may ayında Türkiyənin Konya şəhərində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” adlı beynəlxalq konfransda və həmin ilin iyun ayında Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxış etmişdir.
Məqalələr:
- Müasir təhsil prosesində fəal təlim metodlarının tətbiqi
- Pedaqoji texnologiyalara tarixi-nəzəri baxış
- Nemətullah Naxçıvaninin “Hidayətül-ixvan” əsərində kamil insan problemi
- Ulu öndər Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyəti və Milli Müdafiə Komitəsinin yaradılması