Ramil Maşallah oğlu Hüseynov 22 iyun 1988-ci ildə Şərur rayonunun Şərur şəhərində anadan olmuşdur. 1995-2006-cı illərdə Şərur şəhəri 2 saylı orta məktəbdə təhsil almışdır. 2006-2010-cu illərdə NDU-nun “Ümumi iqtisad” fakültəsinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisasında ali təhsil almışdır. 2010-cu ildə NDU-nun “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistratura pilləsinə qəbul olub, 2013-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. 2012-ci ildə NDU-da G.R.B.S adlı təşkilatın keçirdiyi “Beynəlxalq Maliyyə Qurumlarının standartları əsasında Maliyyə İdarəetməsi(Financal Managment under İnternational Financal İnstitution)”, 2013-cü ildə Naxçıvan Biznes Mərkəzində Azərbaycan Bank Tədris Mərkəzinin keçirdiyi “Dəyişikliklərin idarə edilməsi(Change Managment)” və 2014-cü ildə NDU-da Partner of Baker Tilly Azerbaijan  təşkilatının keçirdiyi “Nəticələr əsasında idarəetmə və səmərəli icra göstəriciləri(Results-Based Management and Effective Performance İndicators)” kurslarında iştirak etmişdir. Hal-hazırda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə Şöbəsinin Sosial Sahələrin maliyyəsi sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışır. 2014-cü ildən “Naxçıvan”Universitetində  müəllim işləyir.
    

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image