Hacıyeva Nuray Cavid qızı 1992-ci ilin iyun ayında Culfa rayon Milax kəndində anadan olmuşdur. 1999-cu ildə Milax kənd orta məktəbinin sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbi bitirmişdir. Həmin il Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinə daxil olmuş, 2014-cü ildə tarix ixtisasını fərqlənmə ilə bitirmişdir. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistratura şöbəsində təhsil almışdır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə müəllim kimi, 2019-cu ildə bir müddət Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində mətbuat və ictimaiətlə əlaqələr üzrə baş məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabrından Naxçıvan Universitetində “Ümumi tarix” kafedrasnda müəllim vəzifəsində çalışır. 2021-ci ildə AMEA-nın Naxçıvan Bölməsinin "Vətən tarixi" ixtisası üzrə "Naxçıvan Muxtar Respublikasının Sosial və mədəni inkişafı (1995-2020-ci illər)" dissertasiya işi üzərində işləyir.

  Aşağıdakı elmi məqalənin müəllifidir.

1. XIX əsrin ikinci yarısında Naxçıvan qəzasında kənd təsərrüfatının vəziyyəti.

2. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin ikinci mərhələsi - Türkmənçay müqaviləsi

3. Naxçıvanın taleyi Moskva və Qars müqavilələrində.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image