Nigar Nazim qızı Bababəyli 1982-ci il 9 oktyabr Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakı şəhər 82 №-li orta məktəbə daxil olmuşdur. 1999-cu ildə Naxçıvan şəhər 14 №-li orta məktəbi  bitirmişdir. Həmin il Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq-tibb fakültəsinin Coğrafiya ixtisasına daxil olmuş, 2003-cü ildə  bakalavr pilləsini, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2005-ci ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin “Bələdiyyə və turizm” kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildə Azərbaycan Milli Aerokosmik Agentliyinin doktorantura şöbəsinə (qiyabi) daxil olmuşdur. “Naxçıvan MR-in yüksək və orta dağlıq landşaftlarının rekreasiya potensialının ekocoğrafi qiymətləndirilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır.2014-cü ilin sentyabr ayından “Naxçıvan” Universitetinin “Təbiət elmləri” kafedrasında 0.5 ştat müəllim vəzifəsində çalışır və “Materik və okeanların coğrafiyası”,  “Türk dünyasının coğrafiyası”, “Türkiyənin coğrafiyası” fənlərini tədris edir.Tibbi coğrafiya, turizm coğrafiyası, ekologiyaya dair 9 elmi məqalənin müəllifidir.

Elmi əsərləri

 1.Salvartının öyrənilməmiş gölləri, AMEA, Coğrafiya İnstitutu,  X cild, Bakı-2006 NDU Xəbərlər, Bakı-2006(N. Bababəyli, Ə.Qurbanov, Y.Məmmədova
2. Orta Araz hövzəsində səhra, yarımsəhra və quru çöl landşaft komplekslərinin rekreasiya potensialı, AMEA, Naxçıvan bölməsi xəbərləri, 2010, N2 (N. Bababəyli, F.İmat).
3.Naxçıvan MR ərazisində sellərin rayonlaşmasına dair, Magistrantların IV konfrans materialları, 2004.
4.Arpaçay su anbarının ekocoğrafi xüsusiyyətləri, NDU, Elmi Əsərlər, 2013, N1 (Ə.Qurbanov, N.Mustafayeva M.Bəkirova).
5.Naxçıvan MR-də səth sularının tibbi-coğrafi baxımdan qiymətləndirilməsinə dair, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, IX cild, Bakı-2004.
6.Naxçıvan MR-də meşə və dağ-çəmən landşaftlarının turizm rekreasiya potensialı, NDU, Elmi Əsərlər, N-8 (64) 2014
(Ə. Qurbanov).
7.Türkmənçay müqaviləsi ərəfəsində İrəvan xanlığının iqtisadi- coğrafi şəraitinə dair, NDU, NU, AMEA müştərək Respublika  konfransının materialları (Ə. Qurbanov).
8.Naxçıvan ərazisində keçən karvan yollarının fiziki-coğrafi xüsusiyyətlərinə dair, Beynəlxalq  İpək yolu konfransı,16-17 oktyabr 2015 (Ə. Qurbanov).
9.Naxçıvan MR-də sellərin aerokosmik tədqiqinə dair, AMEA, Naxçıvan bölməsi, Naxçıvan MR-in 80 illiyi (Ə. Qurbanov)





Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image