QISA BİOQRAFİK MƏLUMAT

Ruqiyyə Hüseyn qızı Kərimova 1990-cı il  yanvar ayının 14-də Naxçıvan şəhərində anadan olmuş, ibtidai təhsilini 1996-2007-ci illərdə 11 saylı tam orta məktəbdə almışdır.

2008-2012-ci illərdə Naxçıvan Özəl Universitetinin bakalavriat səviyyəsi üzrə Xarici (ingilis) dili müəllimliyi ixtisasını bitirmişdir.

2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin magistratura səviyyəsinin İngilis dili üzrə (dilşünaslıq) ixtisasını bitirmişdir.

Naxçıvan Özəl Universitetində fəaliyyət göstərən “Rəsmi Sənədlərin Tərcüməsi” ingilis dili kursunu müvəffəqiyyətlə bitirmiş və ona Dövlət Notariusu tərəfindən təsdiqi nəzərdə tutulan sənədlərin tərcüməsini etmək səlahiyyəti verilib.

2015-2018-ci illərdə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində işləmişdir.

2018-ci ildən isə  “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin xarici dillər kafedrasının müəllimi, 2020-ci ildən isə həmin kafedranın baş müəllimi  vəzifəsində çalışır.

2021 ci ildən “ Naxçıvan” Unversietinin 5708.01 German Dilləri ixisası üzrə dissertantıdır. 2022-ci ildən “Naxçıvan” Unversietinin Keyfiyyət Təminatı Mərkəzinin müdiri vəzifəsində çalışır.

O bir sıra elmi məqalələrin müəllifidir. “Xarici Dillər” kafedrasında baş müəllimdir.

 

ƏMƏK FƏALİYYƏTİ

2015-2018-ci illərdə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

2018-ci ildən  “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin xarici dillər kafedrasının müəllimidir.

2022-ci ildən “Naxçıvan” Unversietinin Keyfiyyət Təminatı Mərkəzinin müdiridir.

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2019-cu ildə İspaniya / Valladolid Universiteti, ERASMUS+ proqramı çərçivəsində “DPTO.DE FİLOLOGİA İNGLESA” bölməsi üzrə  təlim

2020-ci il Azərbaycan / Bakı Biznes Universiteti, ERASMUS+ EQAC layihəsi çərçivəsində “Tələbəyönümlü Yanaşma” mövzusunda təlim

2020-ci il Azərbaycan, TAM (Teaching Advancement Matrix) təşkilatçılığı ilə “Təhsildə Yeni Gözləntilər” mövzusunda Beynəlxalq  Konfrans

2022-ci il Erasmus + proqramı çərçivəsində “Ali Təhsildə Keyfiyyət Təminatı  üzrə  Beynəlxalq Həftə” konfransı

Dərc olunmuş elmi əsərlər

 

1. Body language around the world. Design and Poligraphy center of SSU Magistrantların Regional Elmi Konfransının Materialları, Naxçıvan 2018, S.28-s.29.

2.Typology of Phraseological Units in Modern English and Azerbaijan. Sumqayıt Dövlət Universiteti, Magistrantların XVIII respublika elmi konfransı, III hissə, Sumqayıt 2018, S.231 -s.232.

3. Xarici dillərin tədrisində texnoloji vasitələrin rolu və sosial şəbəkələrin tələbələrin ingilis dili bacarığına təsiri. “Naxçıvan Universiteti”  Elmi Əsərlər jurnalı , 2021 S.186-s190

4. İNGİLİS DİLİNDƏ İDİOMLAR VƏ ONLARIN SPESİFİK XÜSUSİYYƏTLƏRİ , The XXI International Scientific Symposium "Science and Culture in the Modern World"  Stockholm, Sweden 2021, S106- s110.

5. WAYS OF TEACHING IDIOMS IN ENGLISH LANGUAGE CLASSES. “Naxçıvan Universiteti”  Elmi Əsərlər jurnalı , 2022

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image