Gülçin Fizuli qızı Ağayeva 1992-ci il NMR-nın Culfa rayonunda doğulmuşdur. 2001-ci ildə atasının işi ilə əlaqədar olaraq Naxçıvan şəhərinə köçmüş və 2009-cu ildə 705 sayılı hərbi hissənin orta məktəbi bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasına daxil olmuşdur. 2013-2015-ci illərdə magistr pilləsində Qafqaz Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisasında təhsil almışdır. 2016-ci ilin mart-sentyabr aylarında “Naxçıvan” Universitetinin Xarici Dillər Fakültəsində Dil Koordinatoru vəzifəsində çalışmışdır. 2016-cı il sentyabrdan “Naxçıvan” Universitetində və 2017-ci il sentyabrdan Naxçıvan Dövlət Universitetinin «Beynəlxalq münasibətlər» kafedrasında müəllim olaraq işləyir. 2020-ci ildən “Naxçıvan”Universitetinin    siyasi elmlər üzrə dissertantıdır.

 

 Dərc olunmuş elmi əsərlər

 

1. “Hərbi təhlükəsizlik”- Qafqaz Universiteti, Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı, tezis, 17-18 aprel 2015-ci il, Bakı, Azərbaycan

2. “Sovet İttifaqının süqutu və dünya sosialist blokunun dağılması”-“Naxçıvan” Universiteti, Elmi Əsərlər, 2018.№3(10), İSSN 2616-4248, Naxçıvan, NU-Nuh

3. Xəzər dənizinin hüquqi statusu problemi və dənizdə dövlətlərin hərbi potensialı”-Naxçıvan Dövlət Universiteti (çapdadır)

4. “İran-Azərbaycan əlaqələrində Naxçıvanın əhəmiyyəti”, 25.12.2020, Naxçıvan Dövlət Universitetinin “Naxçıvan MR müstəqillik yollarında” beynəlxalq konfransı (çapdadır) 

 

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image