Gülnar Tahir qızı Kərimli 1990-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1997-ci ildə H.Cavid adına 5 saylı orta məktəbə birinci sinfinə başlayan Gülnar Kərimli 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq əlaqələr və Xarici dillər” fakültəsinə daxil olan Gülnar Kərimli 2012-ci ildə bakalavrı qırmızı diplomla bitirərək həmin ildə magistraturaya daxil olmuş və 2014-cü ildə magistraturanı da qırmızı diplomla bitirmişdir. 2015-ci ildən “Naxçıvan” Universitetində baş laborant kimi işə başlayan Gülnar Kərimli 2016-cı ildən həmin universitetin tam ştat müəllimi kimi pedaqoji stajına başlamışdır. Hal-hazırda həmin universitetin baş müəllimi olaraq pedaqoji stajını davam etdirməkdədir. 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin doktoranturasına daxil olmuş və 2020-ci ildə həmin universitetin doktoranturasını bitirmişdir. Xaricdə 1 elmi məqaləsi, Respublika daxilində isə 4 elmi məqaləsi olmaqla, 2 beynəlxalq konfrans materialı və bir Respublika konfrans materialı mövcuddur. Bir çox təlimlərdə iştirak etmiş və bir sıra sertifikatları mövcuddur.


Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image