Əliyeva Nurlana Sabir qızı 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1983-cü ildə Naxçıvan şəhər E.Sultanov adına 7 saylı tam orta məktəbin I sinfinə daxil olmuş, 1993-cü ildə məktəbi bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Humanitar” fakültəsinin “Filologiya” ixtisasına daxil olmuş, 1997-ci ildə isə həmin ixtisası fərqlənmə ilə  bitirmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsinin “Azərbaycan ədəbiyyatı” ixtisasına daxil olmuş, 1999-cu ildə həmin ixtisası bitirərək Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında redaktor vəzifəsi ilə iş fəaliyyətinə başlamışdır. 2001-ci ildən isə, Naxçıvan Özəl Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında müəllim, 2012-ci ildən isə baş müəllim vəzifəsində çalışmışdır. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə “Naxçıvan” Universitetində Elmi şuranın 30 may 2017-ci il tarixli 06 saylı protokol qərarı ilə dosent əvəzi seçilmiş, 2018-ci ilin fevral ayından isə universitetin “Pedaqoji” fakültəsinə dekan vəzifəsinə seçilmişdir. 2019-cu ilin 8 fevral tarixində Naxçıvan MR Ali Məclisinin sərəncamı ilə “Naxçıvan MR Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 2019-cu ilin 5 dekabr tarixindən Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə “Naxçıvan” Universitetinə rektor təyin edilmişdir. 30-dan artıq elmi məqalənin, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 2 fənn proqramının müəllifidir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image