Yusifov Əli Səməd oğlu 1941-ci ilin noyabr ayının 26-da Naxçıvan şəhərində anadan olumuşdur. 1948-ci ildə Naxçıvan şəhər 4 №-li orta məktəbin 1-ci sinfinə daxil olub. 1958-ci ildə 2 №-li orta məktəbin 10-cu sinfini bitirib.  1958-1961-ci illərdə tikinti işlərində çalışıb. 1967-ci ilin fevralından 1973-cü ilin iyulunadək Naxçıvan MSSR Mülkü Müdafiə sistemində çalışıb və Naxçıvan MSSR MM Kurslarının rəisi vəzifəsindən ixtisarla əlaqədar işdən azad edilib. 1973-1992-ci illərdə Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 №-li orta məktəbdə müəllim işləyib. 1992-ci ildən 1995-ci ilin aprelinədək Naxçıvan şəhər "Xanım qızlar" lisseyində müəllim, direktor müavini, direktor vəzifələrində çalışıb.1997-ci ilin sentyabrından Naxçıvan Dövlət Universitetinin Tarix filologiya fakültəsinin "Ümumi tarix" kafedrasının müəllimi və baş müəllimi vəzifəsində işləyib. 2007-ci ilin sentyabrından həm də Naxçıvan Özəl Universitetində dekan müavini çalışıb. Ali təhsillidir, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2015-ci il oktyabrın 6-da Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən "Kitabi -Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi" nə həsr olunmuş konfransda iştirak etmişdir. 12 elmi məqaləsi vardır.  Məqalələri Türkiyə, Rusiya və Misirdə çap olunub, 2 kitabın redaktoru olub. İran İslam Respublikası, Türkiyə Respublikası və Naxçıvanda bir sıra elmi konfranslarda iştirak və çıxışlar edib.
 
 Elmi əsərləri
 
1.      Evliya Çələbinin “Səyahətnamə”sində Naxçıvan.  Naxçıvan. “Naxçıvan” Universiteti. Elmi əsərlər jurnalı. 2017 №1
Şərəf Xan Bidlislinin “Şərəfnamə” əsərində Naxçıvan. “Naxçıvan” Universiteti. Elmi əsərlər jurnalı. 2018




Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image