Elbrus Saleh oğlu İsayev 7 oktyabr 1979-cu ildə Naxçıvan şəhərində  anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbində almışdır. 2000-ci ildə  Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin tarix ixtisasını, 2002-ci ildə isə həmin universitetin Magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. Heydər Əliyev adına təqaüdə layiq görülmüş, 2001-ci ildə təhsil sahəsindəki uğurlarına görə «İlin ən yaxşı gənci»  müsabiqəsinin qalibi olmuşdur. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 2002-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 2008-ci ildən  Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosentidir. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır. 2013-2014-cü illərdə  Naxçıvan Özəl Universiteti Humanitar Elmlər kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2014-2015-ci tədris ilindən etibarən “Naxçıvan” Universiteti “İdarəetmə” fakültəsinin dekanı və “Ümumi tarix” kafedrasının dosentidir. 2006-cı ildə namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru  alimlik dərəcəsi almışdır. 1998-2001-ci illərdə  Naxçıvan Dövlət Universiteti Gənclər təşkilatının, 2001-2008-ci illərdə isə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu keçmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İctimai-siyasi şöbəsində redaktor vəzifəsində çalışmış, 50- dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin  müəllifidir. Əsas tədqiqat sahəsi  Beynəlxalq mədəni-iqtisadi və diplomatik  əlaqələrin tarixidir. ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Portuqaliya, Rusiya, Gürcüstan, Türkiyə, Türkmənistan və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk, türkmən və koreya dillərində elmi əsərləri  çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Kitabları

1. Böyük  İpək yolu və Naxçıvan. (Monoqrafiya).
Monoqrafiyada Böyük İpək yolunun xalqların, ölkələrin tarixi, mədəni-iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbayzanın qədim və orta əsrlər dövründə ticarət və diplomatik əlaqələrindən bəhs olunur. Monoqrafiyada əsas tədqiqat obyekti olaraq qədim Azərbaycan ərazisi olan Naxçıvan götürülmüşdür. Əsərdə Naxçıvan Böyük İpək yolu üzərində əhəmiyyətli məntəqə kimi öyrənilmiş, bölgədə bu yola xidmət edən bir sıra tarixi abidələr ilk dəfə tədqiq olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Əsər geniş oxucu kütləsi və elmi tədqiqat aparan şəxslər üçün nəzərdə tutulur.

2. V-XV əsrlər beynəlxalq ticarət və Azərbaycan. (Magistr hazırlığı üçün dərs vəsaiti).
Dərs vəsaitində  Azərbaycan diplomatiya tarixinin mühüm tərkib hissəsi olan beynəlxalq ticarət əlaqələrindən  bəhs olunur.  Xronoloji çərçivə olaraq V-XV əsrləri əhatə edən dərs vəsaitində mövzunun vəzifələri, Azərbaycanın beynəlxalq ticarət mövqeyinin mahiyyəti, eyni zamanda ticarət əlaqələri nəticəsində formalaşmış mədəni münasibətlərin tarixi kimi məsələlər öz əksini tapmışdır.  Vəsait magistrantlar, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.    

Məqalələr

1. 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Naxçıvan Dövlət Universitetinin xəbərləri. № 5, Naxçıvan, 2000.
2. Ağqoyunlu Əlvəndin Şərur düzündəki məğlubiyyəti, “Sərbəst düşüncə” “Ağrıdağ” nəşriyyatı. Bakı, 2001.
3. Heydər Əliyev Azərbaycanın Avropa Şurasına qəbul edilməsinin yaradıcısıdır),NDU, Elmi Əsərlər. № 9 Naxçıvan, 2002.
4. Böyük İpək yoluna xidmət edən Naxçıvan karvansaraları, Azərbaycan Tarixi Muzeyi. Bakı, 2004.
5. Böyük İpək yoluna xidmət edən Naxçıvan körpüləri haqqında, NDU. Elmi Əsərlər. №13, Naxçıvan, 2004
6. Naxçıvan Böyük İpək yolunda mühüm məntəqə kimi, Naqşicahan dergisi, №05, Erzurum, 2004.
7. Böyük İpək yolu və Naxçıvan, XXI əsr. Dirçəliş, №80-81,  Bakı, 2004.
8. Naxçıvan karvansaraları, Naqşıcahan dergisi, № 6, Erzurum, 2005.
9. Böyük İpək yolu üzərində Naxçıvan şəhərləri, AMEA-60. Azərbaycanda elmin inkişafı və rejional problemlər. Bakı, Nurlan, 2005.
10. Naxçıvan ərazisindən keçən beynəlxalq karvan yolları, NDU. Elmi Əsərlər. №17, Naxçıvan, 2005.
11. Araz çayı üzərində bərə nəqliyyatı,Elm və həyat. №1-2,  Bakı, 2006.
12. Böyük İpək yolu üzərində Naxçıvan şəhərləri, Naqşıcahan dergisi, № 7, Erzurum, 2007
13. Naxçıvan Dövlət Universitetində  İctimai Təşkilatlar, Naxçıvan jurnalı, 2007
14. Böyük İpək yolunun Naxçıvanın digər ölkələrlə mədəni - iqtisadi əlaqələrinin inkişafında rolu, Təhsil Ocağı. № 3-4, Bakı, 2008.
15. Ticarət karvanları üçün xüsusi «saraylar»  -karvansaralar, NDU,Elmi əsərlər № 5 (25) Naxçıvan 2008.
16. Beynəlxalq mədəni-iqtisadi münasibətlərin inkişafına xidmət edən «Böyük İpək yolu diplomatiyası», Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti. Naxçıvan, 2009.
17. «Azərbaycanşünaslıq» Türkiyenin dış politikasında Nahçivan meselesi, Bakı, Elm, 2009, Ankara, 2010.
18. Müasir mərhələdə magistr hazırlığı və qarşıda duran vəzifələr, NDU, Qeyrət nəşriyyatı, 2010.
19. Azerbeycan-Türkiye tarihi-siyasi ilişkilerinde Nahcivan, Kayseri, 2010.
20. Ordubad on the ancient Silk road, Azerbaijan and Azerbaijanis Baku, 2010, Vol.107-108. No.3-4).
21. Azərbaycanın Avropa ölkələri ilə iqtisadi əlaqələrinin həyata keçirilməsində ticarət yollarının əhəmiyyəti,
22. NDU Elmi Əsərlər. İctimai Elmlər seriyası  № 2 (34). Naxçıvan 2010.
23. Rolğ Drevneqo Şelkovoqo puti v razvitii  mecduna rodnıx otnoşeniy Naxçıvana,(XVII - XIX  vekax), Mecdunarodnıy  nauçnıy  curnal. Moskva 2011, N1
24. The Great Silk Road and Turkish World, Zeitschrifür die Welt der Türken (Türklərin dünyası).  Vol.3. No.1 Almanya, 2011., Vol. 32
25. Tarixi İpək yolunun bərpasının siyasi, iqtisadi əhəmiyyəti və milli təhlükəsizlik aspektləri, Lənkəran, 2011.
26. Araz Çayı üzerinde İpek yoluna Hizmet eden Köprü ve Bere geçidler, Erzurum 2012.
27. Türk halklarının ekonomik-kültürel ilişkilerinde  tarihi İpek yolunun rolü, TURAN Stratejik Araştırmalar Merkezi dergisi. Ankara 2012, 14-cü sayı, IV cilt Ankara, 2012 www.turansam.org
28. The Ceromony Khan Decoration in Nakhchivan, Türkmənistan/ Aşqabad, Elm nəşriyyatı  2013,
29. Böyük İpək yolu və Naxçıvan, ABŞ/ Çikaqo, İlinoys Universiteti, 2014.
30. İngiltərənin Qafqaz siyasətində Naxçıvan (1918-1920),Naxçıvan, 2015.
31. Tarixi və müasir İpək yolunun Naxçıvanın diplomatik, iqtisadi və mədəni həyatında rolu, Naxçıvan, 2015.
32. Avropa-Asiya qarşılıqlı əlaqələrinin inkişafında Azərbaycan ərazisindən keçən beynəlxalq ticarət yollarının əhəmiyyəti (XV-XVII əsrlər), Naxçıvan, 2015

e-poçt:  Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image