Aytən Nizami qızı Məmmədova 1988-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Naxçıvan şəhər H.Cavid adına 5 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1998-ci ildə Naxçıvan Qızlar Liseyinə daxil olub, 2005-ci ildə həmin məktəbi bitirmişdir. 2005-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsinin Biologiya ixtisası üzrə ali təhsil almış və ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2011-ci illərdə Naxçıvan Tibb Kollecində müəllim kimi fəaliyyət göstərmişdir.

  2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin magistr təhsil pilləsi üzrə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasında təhsilini davam etdirmişdir.

  2010-cu ilin sentyabr-yanvar aylarında qısa müddət ərzində Naxçıvan Özəl Universitetinin Pedaqogika və psixologiya kafedrasında müəllim vəzifəsində çalışmı, daha sonra fəaliyyətini həmin universitetin müxtəlif şöbələrində preparator, komputer mütəxəssisi kimi davam etdirmişdir.

    2013-cü ildən “Naxçıvan” Universitetinin Pedaqogika və psixologiya kafedrasında müəllim, 2020-ci ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərir. 2021-ci ildən Pedaqogika və psixologiya kafedrasının müdiri kimi fəaliyyətə başlamışdır.

     2015-2017-ci illərdə “İstedad-XXI Əsr” hazırlıq kurslarında Mental aritmetik təlimçisi kimi fəaliyyət göstərmişdir.

    2014-cü ildə Beynəlxalq Fərdi İnkişaf Federasiyası tərəfindən “Mental Aritmetik” təlimçi sertifikatını, 2015-ci ildə Beynəlxalq Fərdi İnkişaf Federiyası tərəfindən “Sürətli oxu” sertifikatı, 2016-cı ildə ECDL sertifikatı almışdır.

  26.02.2018 tarixindən 02.03.2018 tarixinədək ERASMUS+ layihəsi çərçivəsində Ruminiyanın Piteşti Universitetində təlimdə iştirak etmiş və təlimi sertifikatla bitirmişdir.

    2020-ci ildə Gənc Psixoloqların İctimai Birliyinin təşkil etdiyi “Psixologiya 7/24” layihəsində iştirak etmiş və sertifakata layiq görülmüşdür.

     2020-ci ildə Hoffman Co və Emre Baştürk Akademinin birgə təşkil etdiyi “Hafizə texnikləri və Aktiv sürətli oxu” təlimini sertifikatla bitirmişdir.

    2018-2020-ci illərdə “Naxçıvan” Universitetində Etnopedaqogika ixtisası üzrə doktorantura təhsili almış. Hal-hazırda “Azərbaycanda etnopedaqogikanın təşəkkülü və inkişafı” adlı dissertasiya işi üzərində çalışır. Tədqiqat işi ilə bağlı Respublika və Beynəlxalq konfranslarda məruzə ilə çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

 ELMİ ƏSƏRLƏRİ

1. Təhsildə səmərəliliyin artırılmasında motivasiyanın rolu. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2016. №2(3), 4 s.

2. “Şəxsiyyətin formalaşmasında inkişafetdirici təlimin rolu”. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2017. №3(6), 4 s.

3. M. Füzuli əsərlərində tərbiyə - şəxsiyyətin formalaşmasına təsir edən amil kimi. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2017. №4 (7), 5 s.

4. “Etnos” anlayışının pedaqoji ədəbiyyatda nəzəri təhlili barədə. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2018. №4(11), 7 s.

5. Etnopedaqogika ilə bağlı elmi anlayışların təhlilinə dair. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2019. №1(12), 11 s.

6. “Etnos” anlayışının etnopedaqoji baxımdan təhlili barədə. Gənc tədqiqatçıların II Respublika elmi-praktik konfransının materialları. 15 mart 2019-cu il, tezis, 2 s.

7. Milli kurikulumda etnopedaqoji materiallardan istifadənin əhəmiyyəti. “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransının materialları. Naxçıvan, 05-06 aprel 2019, tezis, 2 s.

8. Füzuli insanın mənəvi inkişafında elm və təhsilin rolu barədə. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2020. №4(11), 5 s.

9. H.Cavid etnopedaqoji mədəniyyətimizin keşiyində. “Naxçıvan” Universiteti. “Naxçıvan: Mədəniyyətlərin qovuşduğu  məkan”. Beynəlxalq Elmi Konfrans.  2020- ci il. Naxçıvan.

10. Ailə dəyərləri və nikah.Naxçıvan” UniversitetiElmi əsərlər–2021№1(20), 6 s.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image