Hörmətli “Naxçıvan” Universitetinin ailəsi!
Əziz tələbələr, magistrantlar və doktorantlar!

Yaz semestrinə start verdiyimiz bu günlərdə, ilk öncə Sizlərə yeni tədris dövründə Naxçıvan ailəsinin bir üzvü kimi uğurlar arzu edirəm!
Yüksək keyfiyyətli aparıcı və beynəlmiləl ali təhsil ocağına çevrilməyi hədəfləyən universitetimizin bütün tədris və inzibati heyəti innovativ təcrübə əsasında Sizləri öz bilik və təcrübələri ilə təmin edərək təhsilinizdə dəstək olacaqlar. Bu yolda bütün heyətimizlə yanınızda olduğumuzdan əmin ola bilərsiniz.
İnanıram ki, tələbələrimiz də öz yüksək əxlaqı ilə müəllimlərə ehtiram göstərəcək və tələbə yoldaşlarına nəzakətli davaranacaqlar.
Bir daha hər kəs üçün bərabər imkanlar yaratmaqla şəffaf təhsil sistemi qurmaq istiqamətində "Naxçıvan" Universiteti ailəsinə uğurlar arzu edirəm.
Sizlər bizim ən dəyərli sərvətimiz və fəxrimizsiniz!
Hörmətlə, “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov