Nurlana Əliyeva
Tədris və tərbiyyə işləri üzrə prorektor

Əliyeva Nurlana Sabir qızı 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1983-cü ildə Naxçıvan şəhər E.Sultanov adına 7 saylı tam orta məktəbin I sinfinə daxil olmuş, 1993-cü ildə məktəbi bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Humanitar” fakültəsinin Filologiya ixtisasına daxil olmuş, 1997-ci ildə isə həmin ixtisası fərqlənmə ilə bitirmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura təhsil pilləsinin “Azərbaycan ədəbiyyatı” ixtisasına daxil olmuş, 1999-cu ildə həmin ixtisası bitirərək Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında redaktor vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır. 2001-ci ildən isə, Naxçıvan Özəl Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında müəllim, 2012-ci ildən isə baş müəllim vəzifəsində çalışmışdır. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə “Naxçıvan” Universitetində Elmi Şuranın 30 may 2017-ci il tarixli 06 saylı protokol qərarı ilə dosent əvəzi seçilmiş, 2018-ci ilin fevral ayından isə universitetin “Pedaqoji” fakültəsinə dekan vəzifəsinə seçilmişdir. 2019-cu ilin 8 fevral tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə “Naxçıvan MR Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 2019-cu ilin 5 dekabr tarixindən Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə “Naxçıvan” Universitetinə rektor, 01 fevral 2023-cü il tarixdən isə “Naxçıvan” Universitetinin Tədris və Tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 40-a yaxın elmi məqalənin, 1 dərs vəsaitinin, 2 metodik vəsaitin, 2 fənn proqramının müəllifidir.
Məqalələri
10. XIV – XV yüzilliklərdə Naxçıvanda ədəbi-mədəni və elmi mühit. Naxçıvan Dövlət Universitetinin Xəbərləri (ictimai və humanitar elmlər seriyası), Naxçıvan, 2013, №3, s.181-187
11. XIII yüzillikdə Naxçıvanda ədəbi-mədəni və elmi mühit. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan: Qeyrət, 2013, № 1 (52), s.23-26
12. XIX yüzillikdə Azərbaycanda ədəbi pedaqoji mühit və Məhəmməd Tağı Sidqi. Axtarışlar (folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix), Elmi toplu II (8), Naxçıvan, 2013,№2 s.62-66
13. XVI-XVII yüzilliklərdə Naxçıvanda ədəbi-mədəni, elmi mühit. Axtarışlar (Folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix) Elmi toplu, I (7). Naxçıvan, 2013, №1s.52-55
14. XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllındə Azərbaycan uşaq poeziyası. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları (I cıld), Bakı: 2013, s. 305-306
15. Məhəmməd Tağı Sidqinin mətbuat haqqında fikirləri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Qeyrət, 2014, №1 (57), s.125- 128
16. Современники Мухаммеда Таги Сидги. ТаврическогoНационалъного Университетаим.В.И.Вернадского. Том 27(66) №3, Симферопoлъ, 2014, c. 404-410
17. XIX əsr Naxçıvan ədəbi mühit. Tarixi İpək yolu və Naxçıvanın iqtisadi və mədəni əlaqələrinin inkişaf məsələləri, Beynəlxalq İpək yolu konfransı, Naxçıvan 16-17 oktyabr, 2015, s.130-131
18. Əhməd Cavad yaradıcılığında üçrəngli poeziya. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2015, №5 (70), s.37-41
19. Əziz Şərifin tərcümə və publisistik yaradıcılığı. Naxçıvan Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2015, №1 (1), №, s.178-183
20. Eynəli bəy Sultanov M.T.Sidqinin müasiri kimi. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2016, №2 (3), s.96-10
24. İslam Səfərli poeziyasında müharibə mövzusu. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2018, №1 (8), s.38-44
2. Cənubi Azərbaycan ədəbiyyatının tədrisində Seyid Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığının öyrədilməsi. Naxçıvan, 2021, 45 səh.