Beynəlxalq Əlaqələr Şöbəsi Universitetin Beynəlxalq mühitə inteqrasiyasına, müxtəlif universitetlərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradır. Missiyasi yeni beynəlxalq əlaqələrinin qurulması və universitetin dünya standartlarına uyğun beynəlxalq profilinin yaradılmasıdır. Mərkəz hər bir fakültə və kafedranı Universitet səviyyəsində elm, təhsil, mədəni sahələr üzrə müvafiq universitet və beynəlxalq təşkilatlarla əlaqələr və məqsədyönlü əməkdaşlıq yaratmaları məqsədi ilə koordinasiya edir, beynəlxalq əməkdaşlığın gələcək töfhələrinə dair danışıqlar aparır. Beynəlxalq Əlaqələr Şöbəsi 2012-ci ildən fəaliyyət göstərir.
Vəzifələri:
• Müxtəlif sahələrdə əməkdaşlıq təşəbbüslərinin göstərilməsi;
• Əməkdaşlıq sazişlərinin bağlanılması və davam etdirilməsi proseslərinin idarə olunması;
• ERASMUS+ və Mövlana Mübadilə Proqramının koordinasiya olunması;
• Layihələrin yazılması və idarə olunması;
• Universitetin beynəlxalq və yerli konfrans və tədbirlərdə təmsil edilməsi;
• Universitetin Beynəlxalq aləmdə reklamı;
• Xarici tələbələrin Universitet haqqında məlumatlandırılması;
• Qlobal yeniliklərin tədris kurikulumuna inteqrasiya etməsinin təmin edilməsi;
• Akademik heyətin fəal araşdırma və inkişaf proqramlarına cəlb olunması üçün müvafiq tədbilərin həyata keçirilməsi;
"Naxçıvan" Universitetinin respublikamızın bir çox ali məktəbləri ilə yanaşı çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq müqavilələri imzalamışdır ki, bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim, tələbə mübadilələrinin həyata keçirilməsinə yüksək təsir göstərmişdir. Hazırda Universitetin Avropanın və eyni zamanda Türkiyənin bir sıra Universitetləri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.
Partnyor universitetlər
1. Qafqaz Universiteti (Azərbaycan)
2. Azərbaycan Turizm İnstitutu(Azərbaycan)
3. Xəzər Universiteti(Azərbaycan)
4. Beynəlxalq Qara Dəniz Universiteti(Gürcüstan)
5. Gürcüstan Universiteti(Gürcüstan)
6. Budapeşt Corvinus Universiteti(Macarıstan)
7. İona Kryanqe Pedoqoji Universiteti (Moldova)
8. Moldova Pedoqoji Universiteti(Moldova)
9. Finis Terrae Universiteti(Çili)
10. Kaunas Texnologiya Universiteti(Litva)
11. İstanbul Aydın Universiteti(Türkiyə)
12. Ərdahan Universiteti(Türkiyə)
13. Gedik Universiteti(Türkiyə)
14. Iğdır Universiteti(Türkiyə)
15. Doğu Ağdəniz Universiteti(Şimali Kipr Tükiyə Respublikası)
Mövlana Mübadilə Proqramı nədir?
Mövlana Mübadilə proqramı Türkiyə universitetləri ilə Azərbaycan universitetləri arasında iki tərəfli imzalanan tələbə və müəllim heyəti arasında mübadilə aparmağı mümkün edən bir proqramdır. 23 avqust 2011-ci ildə yaradılmış proqram Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə və müəllim mübadiləsi üçün yol açmışdır. Digər mübadilə proqramlarından fərqli olaraq mübadilə proqramı çərçivəsində hərəkətlilik hər hansı bir coğrafi bölgədən asılı olmayaraq dünyanın hər yerində yerləşən ali təhsil müəssisələrini əhatə edir. Ən azı 1, ən çoxu isə isə 2 smestrlik bu proqrama qoşulmaq istəyən tələbələr, müəllimlər isə dünyanın ali təhsil müəssisələrində minumum 1 həftə, maksimum 3 ay dərs vermək proqramından yararlana bilərlər.
Mövlana Mübadilə Proqramı partnyor universitetlər
- İstanbul Aydın Universiteti
- İstanbul Universiteti
- Hitit Universiteti
- Beykənt Universiteti
- Atatürk Universiteti
- Ankara Universiteti
- Muş Alparslan Universiteti
- Kastamonu Universiteti
- Uşak Universiteti
- Nevşehir HBV Universiteti
- Bozok Universiteti
- Yakın Doğu Universiteti
- Fırat Universiteti
- Bitlis Eren Universiteti
- Ordu Universiteti
- Ardahan Universiteti
- Kırıkkale Universiteti
- Siirt Universiteti
Şöbənin tərkibi
1. Rəcəb Cəmaləddin oğlu Cəfərli - Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri
2. Dilarə Zakir qızı Yunisova - Beynəlxalq Əlaqələr Şöbəsinin koordinatoru
3. Gülşən Yəhya qızı Cahidzadə - Beynəlxalq Əlaqələr Şöbəsinin məsləhətçisi