“Naxçıvan” Universiteti Elmi Şurasının iclası keçirilib
Bu gün universitet Elmi Şurasının növbəti iclası keçirilib.
İlk öncə “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov 2-3 Mart tarixlərində Bakı İdman Sarayında keçirilən “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda iştirak edən universitetin “Gryffindor” komandasını ölkə üzrə ikinci yerin qalibi olduğu üçün təbrik edib. Bildirib ki, 250-dən çox komandanın iştirak etdiyi festivalda tələbələrimiz uğur qazanaraq “Robotex”in Türkiyədə keçiriləcək növbəti mərhələsində iştirak hüququ əldə ediblər.
Daha sonra rektor Anar Kazımov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Gündəlikdə duran məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Sonda isə Anar Kazımov tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə dair vacib olan məsələlərlə bağlı müvafiq struktur bölmələrə öz tapşırıqlarını verib.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.