“Naxçıvan” Universiteti Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz: qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən kitabxana müdiri Emelya Süleymanova bildirib ki, Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi “ Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir”. Hər bir azərbaycan vətəndaşı doğma dilini digər ölkələrdə də təmsil etməli, dilimizi qoruyub saxlamalıdır. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir.
Tədbir tələbələr və kitabxana əməkdaşları ilə mövzu ətrafında müzakirələrlə davam edib. Sonda isə tələbələrlə birlikdə Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il Sərəncamına uyğun olaraq yaradılmış “Məhəmməd Füzuli - 530” adlı sərgiyə baxış keçirilib. Dahi Azərbaycan şairi Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib.