“Naxçıvan” Universiteti Elmi Kitabxanasında 23 aprel “Dünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar olaraq tədbir keçirilib
   “Naxçıvan” Universiteti Elmi Kitabxanasında 23 aprel “Dünya Kitab və Müəlliflik hüququ günü” ilə əlaqədar olaraq tədbir keçirilib. 
   Tədbirin giriş sözündə Elmi Kitabxana müdiri Emelya Süleymanova qeyd edib ki, Ümummilli lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə böyük əhəmiyyət verirdi. Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilmişdir və 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. Hər bir gəncin, hər bir insanın uğurlu gələcəyi üçün kitabların onların həyatlarında oynadığı rol əvəzedilməzdir. 
   Kitabxana əməkdaşları da tələbələrə əlamətdar gün münasibətilə tələbələrə məlumat verib.
Sonda isə tələbələrə Elmi Kitabxananın fond və oxu zalları, sərgiləri ilə əlaqədar məlumat verilib və xatirə şəkli çəkilib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image