Xəzər Universitetində “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində gənc tədqiqatçılar üçün “Tədqiqat metodları” adlı təlim keçirilib
2024-cü ilin may ayının 20-21 tarixlərində Bakı Biznes Universitetinin koordinatorluğu və Xəzər Universitetinin tərəfdaş olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində gənc tədqiqatçılar üçün “Tədqiqat metodları” adlı təlim təşkil edilmişdir. Xəzər Universitetində təşkil olunan 2 günlük təlimin ilk günündə universitetin İnkişaf direktoru Raziyə İsayeva tədqiqatın dizaynı, ədəbiyyat icmalı və tədqiqatda etik prinsiplər hissəsini aparmış, təlimin ikinci günündə isə Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi təlimin tədqiqat metodologiyaları, verilənlərin təhlili və hesabatların yazılması hissəsini aparmışdır. Təlimdə “Naxçıvan” Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı üzrə rektor müşaviri Əmirxan Qəmbərov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dilarə Əsgərova iştirak edib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image