TRT-nin baş müxbiri, Prof. Dr. Aysel Sadak İltaş “Naxçıvan” Universitetində olub
Bu gün TRT-nin baş müxbiri, Prof. Dr. Aysel Sadak İltaş “Naxçıvan” Universitetində olaraq universitetin rektoru, dos. Anar Kazımov və aidiyyəti qurumların əməkdaşları ilə görüşüb. Prof. Dr. Aysel Sadak İltaş peşə fəaliyyəti dövründə Ulu Öndər Heydər Əliyevin səfərlərində və görüşlərində jurnalist kimi iştirakından söz açaraq, xoş xatirələrini bölüşüb. Eyni zamanda görüş iştirakçıları ilə karyera planlanması və effektiv kommunikasiya mövzusunda da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilinin ikinci yarımilindən etibarən isə Prof. Dr. Aysel Sadak İltaşın “Naxçıvan” Universitetində müəllim kimi fəaliyyəti ilə bağlı da ilkin razılıq əldə olunub.
Sonda isə Prof. Dr. Aysel Sadak İltaş müəllifi olduğu kitabı universitetin rektoru, dos. Anar Kazımova hədiyyə edib.