"Naxçıvan" Universitetinin əməkdaşları Bakı Biznes Universitetində konfransda iştirak edib
   22 aprel 2024-cü il tarixində Bakı Biznes Univeristetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı baş tutub. Konfransda 28 yerli ali təhsil müəssisəsindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən, Dövlət Məşğulluq Agentliyindən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan, həmçinin layihənin xarici partnyorları olan Litvanın Mykolo Romero Universitetindən, İsveçin Kral Texnologiya Universitetindən, Belçikanın EFMD təşkilatından ümumilikdə 100-dən çox nümayəndə iştirak edib. Konfransın əsas məqsədi layihə çərçivəsində fəaliyyət göstərən komitələrin hesabatlarının dinlənilməsi və müvafiq müzakirələrin aparılması olub.
   İclasda "Naxçıvan" Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı üzrə müşaviri Əmirxan Qəmbərov, Beynəlxalq əlaqələr şöbəsinin icraedici müdiri Dilarə Əsgərova, Tədris şöbəsinin müdiri Anar Abuzərli və Elm və innovasiyalar şöbəsinin müdiri Zamin Babazadə iştirak edib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image