"Naxçıvan" Universitetində “Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii kompozisiya keçirilib
   Bu gün "Naxçıvan" Universitetinin qonağı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai birliyinin sədri, “Aşıq Pəri məclisi”nin üzvü, “Kəlağayı muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı və şəhid Xansu Qurbanovun anası Yamən Abbasova olub. Əvvəlcə qonaqlar universitetin rektoru dosent Anar Kazımovla görüşüb. Rektor Anar Kazımov görüşdə milli-mənəvi dəyərlərimizin gənc nəsilə təbliğ olunmasında Güllü xanımın tərtib etdiyi və müəllifi olduğu "Anam-kəlağaydı, kəlağay-anam..." adlı kitabın mühim əhəmiyyətə malik olduğunu qeyd edib.
   Sonra ali təhsil ocağında keçirilən tədbirdə çıxış edən dosent Nurlana Əliyeva tədbirin mühüm əhəmiyyətə malik olduğunu deyib.
Tədbirdə Güllü Eldar Tomarlı vurğulayıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı muzeyi” yaradılıb. İlk olaraq müasir kəlağayıdan danışıb və çıxışında kələğayının mənəviyyatın və mədəniyyətin göstəricisi olduğunu qeyd edib. Eyni zamanda Güllü xanım müəllifi olduğu kitablardan da universitetin kitabxana fonduna hədiyyə edib. 
   Universitetin Xarici dillər fakültəsinin dekanı dos. Leyla Səfərova, İdarəetmə fakültəsinin dekanı dos. İradə Bağırova, Pedaqoji fakültənin dekanı dos. Lalə Allahverdiyeva və Pedaqojika və psixologiya kafedra müdiri Aytən Məmmədovanın çıxışları dinlənilib. 
 
   Tədbirin bədii hissəsi tələbələrin kəlağayı haqqında səsləndirdikləri şeirləri ilə yekunlaşıb.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image