Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində növbəti təlim keçirilib
   13-14 may 2024-cü il tarixlərində Azərbaycan Universitetinin tədris binasında Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində növbəti təlim keçirilib. İki günlük təlimin məqsədi elmmetrik bazalar, onların iş prinsipləri, tədqiqatçılar üçün gərəkli imkanları, onlardan istifadə mexanizmləri, məqalələrin hazırlanması standartları və jurnalların seçimi, tədqiqatçı göstəricilərinin yaxşılaşdırılması metodları haqqında iştirakçılara geniş nəzəri biliklərin ötürülməsi və praktiki vərdişlərin yaradılması olub. Təlimdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dilarə Əsgərova və Elm və innovasiyalar şöbəsinin müdiri Zamin Babazadə iştirak edib. 
   Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, ideya və təkliflər müzakirə edilib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image