ADA Universitetində tələbə mübadiləsində olan tələbələr təhsillərini başa vuraraq “Naxçıvan” Universitetinə geri döndülər
  Bildiyiniz kimi, ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında 2 sentyabr 2023-cü il tarixli əməkdaşlıq haqqında müqavilənin reallaşdırılmasına tələbə mübadiləsi ilə start verilib. Universitetlər arasında olan tələbə mübadiləsi razılaşması çərçivəsində “Naxçıvan” Universitetində elan olunan müsabiqədə fərqlənən “Kompüter mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Oğuz Məmmədov 2023-2024-cü tədris ilinin 1-ci yarımilində, “İnformasiya Texnologiyaları” ixtisası üzrə 3-cü kurs tələbəsi Hafizə Muradova, “Biznesin idarə edilməsi” ixtisası üzrə 2-ci kurs tələbəsi Elçin Məmmədli 2023-2024-cü tədris ilinin 2-ci yarımilində ADA Universitetində mübadilə proqramına cəlb olunub və proqramı uğurla başa vurub. Bu münasibətlə bu gün “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov tələbə mübadiləsində iştirak edən tələbələrlə görüşüb, mübadilə proqramını uğurla başa vuran tələbələri təbrik edərək, onlara müvəffəqiyyətlər arzulayıb!
   “Naxçıvan” Universitetinə göstərilən diqqətə, etimada görə rektor, dos. Anar Kazımov ADA Universitetinin rektoru, hörmətli Hafiz Paşayevə və hər iki universitet arasında əlaqələrin möhkəmlənməsində mühüm xidmətləri olan ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadəyə universitetin kollektivi adından minnətdarlığını bildirib. Qeyd edək ki, ADA Univetsiteti ilə “Naxçıvan” Universiteti arasında imzalanan müqavilə çərçivəsində olan tələbə mübadiləsi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə töhfə olaraq həyata keçirilmişdir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image