Tələbəmiz Oğuz Məmmədov tələbə mübadiləsi proqramını uğurla başa vurub
![Image](/images/2024/01/16/img-20240115-wa0032.jpg)
Bildiyiniz kimi, ADA Universiteti ilə "Naxçıvan" Universitetinin arasında 2 sentyabr 2023-cü il tarixli əməkdaşlıq haqqında müqavilənin reallaşdırılmasına tələbə mübadiləsi ilə başlanılıb. Universitetlər arasında olan tələbə mübadiləsi razılaşması çərçivəsində isə "Naxçıvan" Universitetində elan olunan müsabiqədə fərqlənən “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Oğuz Məmmədov 2023-2024-cü tədris ilinin birinci yarımilində ADA Universitetində mübadilə proqramına cəlb olunub və proqramı uğurla başa vurub.
Bu münasibətlə bu gün ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə tələbəmiz Oğuz ilə görüşüb. Fariz İsmayılzadə mübadilə proqramını uğurla başa vuran tələbəni təbrik edərək ona uğurlar arzulayıb.
“Naxçıvan” Universitetinə göstərilən diqqət və etimada görə ADA Universitetinin rektoru, hörmətli Hafiz Paşayevə və hər iki universitet arasında əlaqələrin möhkəmlənməsində mühüm xidmətləri olan universitetin icraçı prorektoru Fariz İsmayılzadəyə universitetin kollektivi adından minnətdarlığımızı bildiririk.
Diqqətə çatdıraq ki, ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında imzalanan müqavilə çərçivəsində tələbə mübadiləsi 2023-2024-cü tədris ilinin ikinci yarımilindən etibarən isə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə töhfə olaraq davam etdiriləcəkdir.