Tələbələrimizin növbəti uğuru!

“Naxçıvan” Universitetinin komandası ICPC - beynəlxalq proqramlaşdırma müsabiqəsində uğurla çıxış edib və universitetimizi Gürcüstanda təmsil etmək hüququ qazanıb
ADA Universiteti və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirilən “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XVII Azərbaycan Birinciliyi) keçirilib.
Müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib.
Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.
Muxtar respublika üzrə yeganə komanda olaraq “Naxçıvan” Universitetinin komandası 11-16 dekabr tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində keçiriləcək Cənubi Qafqaz Açıq Çempionatına vəsiqə qazanıb.
Cənubi Qafqaz Açıq Çempionatında “Naxçıvan” Universitetini “Riyaziyyat və informatika” kafedrasının baş müəllimi Türkan Əlibəylinin rəhbərliyi ilə “Kompüter mühəndisliyi” ixtisası üzrə II və IV kurs tələbələri Dilsuz Zeynallı və Fərhad Heydərov təmsil edəcək.
Tələbələrlə görüşərək onları təbrik edən universitetin rektoru, dosent Anar Kazımov komandanın müsabiqəyə çox çalışaraq qatıldığını bildirib.