Tələbələr üçün dəyirmi masa təşkil edilib

"Naxçıvan" Universitetinin Elmi Kitabxanasında Pedaqoji fakültənin "Pedaqogika və psixologiya" kafedrasının təşkilatçılığı ilə universitetin 2-ci kurs tələbələri üçün "Təhsilimizin güclü və zəif tərəfləri tələbələrin gözü ilə" mövzusunda dəyirmi masa təşkil edib.
Kafedranın müdiri Aytən Məmmədova bu mövzuda tələbələrin fikirlərinin dinlənilməsinin, təhsilin güclü və zəif tərəflərinin təhlil edilməsinin və ümumi bir nəticə əldə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Dəyirmi masa ətrafında tələbələr tərəfindən səslənən fikirlər onu deməyə əsas verir ki, bu gün tələbələr təhsilimizin güclü tərəflərindən yararlanmağa çalışırlar.