“Naxçıvan” Universiteti Elmi Kitabxanasında “Məhəmməd Füzuli - 530” adlı sərgi yaradılıb
“Naxçıvan” Universiteti Elmi Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Sərəncamı ilə əlaqədar olaraq “Məhəmməd Füzuli - 530” adlı sərgi yaradılıb. Sərgidə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan bədii dilini daha da zənginləşdirərək zirvələrə yüksəltmiş Məhəmməd Füzulinin seçilmiş əsərləri, fotoşəkilləri, o cümlədən bir-birindən maraqlı və faydalı əsərləri yer alıb.