“Debat Liqası”na yekun vurulub



Naxçıvan Regional Debat Mərkəzinin təşkilatçılığı, “Naxçıvan” Universitetinin dəstəyi ilə universitetimizin tələbələri arasında 20.10.2023 – 14.11.2023 tarixləri çərçivəsində “Debat Liqası” layihəsi təşkil edildi.
Layihənin yekun mərhələsində çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov universitetdə tələbəyönümlü təhsil sisteminin həyata keçirildiyini diqqətə çatdırıb.
Bildirib ki, artıq universitetimizdə gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi üçün müxtəlif layihələr, intellektual oyunlar təşkil edilir. Təbii ki, gənclərin intellekt səviyyəsinin yüksəldilməsi üçün görülən bütün bu tədbirlər onların hərtərəfli inkişafı üçün çox vacibdir.
Sonra layihə rəhbəri Bağdagül Cəfərli layihə haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, liqada, 10 komanda, hər komanda isə 3 nəfər olmaqla 30 tələbə iştirak edib. Yekuna əsasən “Yenilikçilər” komandası I, “Skyly” komandası II yerə layiq görülüb. Yer tutan komandalara diplom və medallar, layihənin idarə heyətinə isə diplom və sertifikatlar təqdim olunub.