“ Naxçıvan” Universitetində “Cümhuriyyət dövründə kitabxana işinin təşkili” mövzusunda tədbir keçirilib
![](/images/2024/02/01/080128bf-8337-4aab-a7a5-b40c6cc38adb.jpg)
![](/images/2024/02/01/0b013f5a-f7c2-430f-a572-18fc218478f1.jpg)
![](/images/2024/02/01/5c0292eb-a068-4751-8903-942923415128.jpg)
![](/images/2024/02/01/f7132490-2c1e-4f3a-9948-ccaec30dbd46.jpg)
![](/images/2024/02/01/e494b209-2c93-4c1c-b909-d1eaf056d87d.jpg)
![](/images/2024/02/01/60b60887-4052-4f24-86d8-4f1f2b7665ab.jpg)
![](/images/2024/02/01/0049c9f4-9b9b-44c1-9dd7-cf529ef0a015.jpg)
Bu gün “ Naxçıvan” Universitetində “Cümhuriyyət dövründə kitabxana işinin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu liderlərindən birinin - Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyi çərçivəsində keçirilib.
Tədbirdə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Nurlana Əliyeva çıxış edərək Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründə kitabxana işinin təşkilindəki yerindən və rolundan danışıb.
“Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Emelya Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə mədəni quruculuq sahəsində həyata keçirdiyi tədbirlər içərisində kitabxana işi ilə bağlı tədbirlərin mühüm yer tutduğunu bildirib.
Tədbirdə çıxış edən digər məruzəçilər- Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, Naxçıvan Müəllimlər İnstitutu Elmi Kitabxanasının müdiri Aysu Rəsulzadə, İ. Qasımov adına Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Minayə Nəbisoy və A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov bildiriblər ki, cümhuriyyət tarixinin, milli hökumətin 23 aylıq fəaliyyətinin təhlili göstərir ki, digər sahələr kimi, milli-mədəni quruculuq və kitabxana işləri də AXC-nin diqqət mərkəzində olub, bu sahədə ardıcıl siyasət yeridilib və bir sıra əməli tədbirlər reallaşdırılıb.
Sonda “Naxçıvan” Universiteti Elmi Kitabxanasında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil olunan “Məhəmməd Əmin Rəsulzadə - 140“ adlı sərgiyə baxış olub.
Diqqətə çatdıraq ki, sərgidə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərləri, fotoşəkilləri, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası və b. dəyərli kitablar yer alıb.