“Naxçıvan” Universitetinin yataqxanası “Naxçıvan” Universiteti şəhərciyində yerləşir. Yataqxanada tələbələrin akademik və sosial tərəflərinin inkişafını təmin etmək məqsədilə oxu zalları, peyk antennaları ilə dünya kanallarını izləmək imkanı, istirahət otaqları və camaşırxana tələbələrin ixtiyarına verilmişdir.Yataqxanada tələbələrin rahat yaşaması üçün ideal şərait yaradılmış, telefon və internet ilə təmin edilmişdir. Asudə vaxtın maraqlı və səmərəli təşkili ilə əlaqədar olaraq tələbələr üçün idman zalı və meydançalar fəaliyyət göstərir. Yataqxananın aylıq ödənişi 30-40 $ məbləğində müəyyənləşdirilmişdir.
Bundan başqa “Naxçıvan” Universiteti qəbul olan tələbələrin Naxçıvan şəhərinin müxtəlif yerlərində kirayə evlərə yerləşdirilməsində də ayrıca köməklik göstərir. Naxçıvan şəhərində kirayə evlərin qiyməti ortalama 100-250 $ arası dəyişir.
Əlaqə:
Telefon: 545-58-56