Ruqiyyə Kərimova

Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Image
Ruqiyyə Hüseyn qızı Kərimova 1990-cı il yanvar ayının 14-də Naxçıvan şəhərində anadan olmuş, ibtidai təhsilini 1996-2007-ci illərdə 11 saylı tam orta məktəbdə almışdır. 2008-2012-ci illərdə Naxçıvan Özəl Universitetinin bakalavriat səviyyəsi üzrə Xarici (ingilis) dili müəllimliyi ixtisasını bitirmişdir. 2012-ci ildə Naxçıvan Özəl Universitetində fəaliyyət göstərən “Rəsmi Sənədlərin Tərcüməsi” ingilis dili kursunu müvəffəqiyyətlə bitirmiş və ona Dövlət Notariusu tərəfindən təsdiqi nəzərdə tutulan sənədlərin tərcüməsini etmək səlahiyyəti verilib.
2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin magistratura səviyyəsinin İngilis dili üzrə (dilşünaslıq) ixtisasını bitirmişdir. 2018-ci ildən “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin Xarici dillər kafedrasının müəllimi, 2020-ci ildən isə həmin kafedranın baş müəllimi vəzifəsində çalışır. 2021-ci ildən Naxçıvan Universitetində German dili üzrə dissertantdır. Həmin ildən Keyfiyyət Təminatı Mərkəzinin rəhbəri vəzifəsində çalışır. O, 2023-cü ilin may ayından “Naxçıvan” Universitetində Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri vəzifəsinə həvalə edilib.
Bir sıra elmi məqalələrin, tezislərin və fənn proqramlarının müəllifidir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image