Mehman Şabanov

Ümumi tarix kafedrasının müdiri
Image
Mehman Sərxan oğlu Şabanov 22 oktyabr 1976-cı ildə Xaçmaz rayonunda dünyaya gəlmişdir. 1983-1994-cü illərdə orta təhsil almışdır. 1999-cü ildə Naxçıvan Dövlət Universitetinin “Tarix” ixtisası üzrə bakalavr və 2003-cü ildə isə həmin universitetin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə Magistr dərəcəsini bitirmişdir.
2006-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının dissertantı olmuş və 27 oktyabr 2012-ci ildə “Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması sahəsində fəaliyyəti” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dissertasiya müdafiə etmişdir.
2002-2006-cı illərdə Naxçıvan şəhəri Heydər Əliyev muzeyində elmi işçi, 2006-ci ilin sentyabr ayından Naxçıvan Özəl Universitetinin tədris hissəsində dispetçer, 2007-ci ilin aprel ayından Tədris hissə müdiri vəzifəsində, eyni zamanda Humanitar elmlər kafedrasında müəllim işləmiş və 2012-ci ilin iyun ayından 2015-ci ilədək Pedaqoji fakültədə Tyutor (akademik məsləhətçisi) işləmişdir, 1 sentyabr 2016-cı il tarixdən Ümumi tarix kafedrasının müdiridir.
2007-2012-ci illərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Özəl Universiteti ərazi ilk partiya təşkilatının sədri olmuşdur.
Naxçıvan şəhər 4 Saylı seçki dairəsinin 13 nömrəli məntəqəsinin sədridir.
2015-2020-ci illərdə Naxçıvan xəbərləri saytının təsisçisi olmuşdur, 2015-ci ildən Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.
2 monoqrafiya, 30-a yaxın elmi məqalənin müəllifidir. AMEA Naxçıvan Bölməsinin Dissertasiya Şurasında 3 nəfər gənc alimin rəsmi opponent olmuşdur, müxtəlif respublika və xarici ölkələrdə konfraslarda çıxışları olmuş, müxtəlif diplomları, sertifekatları vardır. Ailəlidir, 3 övladı var.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Azərbaycan tarixində Heydər Əliyev mərhələsi. Kitab. Bakı: Nurlan, 2005
  2. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarına qarşı erməni təcavüzü, Kültür Evreni. Uluslararasi hakemli sosyal bilimler dergisi, Ankara, 2010, №7.
  3. Территориальные претензии Армении к Азербайджану и деятельность Гейдара Алийева в области защиты территориальной целостности страны, Гiлея–науковий вiсник(Збiрник наукових прац). К.: ВIР УАН, 2012. – Випуск 65 (№10).
  4. Heydər Əliyev və vətənpərvərlik siyasəti, Mədəniyyət dünyası. Bakı: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəşriyyatı, 2011, № 21.
  5. Heydər Əliyevin Naxçıvanı erməni təcavüzündən qoruması və muxtar respublikanı blokadadan çıxarması uğrunda mübarizəsi (1990-1993), AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2012, Cild 7, №1,
  6. Ermənilərin Azərbaycanla qarşı ərazi iddialari və Heydər Əliyevin ərazi bütövlüyümüzün qorunmasi uğrunda fəaliyyəti (1969-1982-ci illər), Dövlət və din jurnalı, Bakı, 2012, №1(27)
  7. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi tarixi zərurəti və Azərbaycanın parçalanmasının qarşısının alınması, Gəncə Dövlət Universitetinin Elmi Xəbərləri, 2012, №1.
  8. Ermənilərin ərazi iddialarına qarşı Heydər Əliyevin fəaliyyəti, “Azərbaycanşünaslığın aktual problemləri” III Beynəlxalq Elmi konfransın materialları, AMEA Humanitar və ictimai elmlər bölməsi - Bakı Slavyan Universiteti. Bakı: 2-5 may  2012.
  9. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Heydər Əliyevin ATƏT-də diplomatik fəaliyyəti, Naxçıvan Dövlət Universiteti. 2012, №2 (47).
  10. XX yüzilliyin sonlarında Azərbaycan torpaqlarina qarşi erməni təcavüzü və torpaqlarımızın işğal olunma səbəbləri, Bakı: Azərbaycan Pedaqoji Universitetinin Xəbərləri, 2012, №1.
  11. Ermənilərin ərazi iddialarina qarşı Heydər Əliyevin fəaliyyəti (1969-1982-ci illər), Journal of Qafqaz. Bakı: Qafqaz Universiteti nəşriyyatı, 2012, №1.
  12. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Heydər Əliyevin rolu, NDU, “Elmi əsərlər”in “İctimai elmlər” seriyasının xüsusi buraxılışı, №1(50).
  13. Azərbaycan-Ermənistan münaqişəsi və münaqişənin tənzimlənməsində Azərbaycanın mövqeyi, GDU, Qafqaz tarixinin aktual məsələləri, Beynəlxalq konfrans, 15-16 oktyabr 2015.
  14. Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi, Naxçıvan, Əcəmi nəşriyyatı, 2015.
  15. 1918-ci ildə Naxçıvanda ermənilərin törətdiyi soyqırımlar, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxılış. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu, Bakı, 2015, №52, 53, 54, 55.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image