Aytən Məmmədova

Pedaqogika və psixologiya kafedrasının müdiri
Image
Aytən Nizami qızı Məmmədova 1988-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Naxçıvan şəhər H.Cavid adına 5 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1998-ci ildə Naxçıvan Qızlar Liseyinə daxil olub, 2005-ci ildə həmin məktəbi bitirmişdir. 2005-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsinin Biologiya ixtisası üzrə ali təhsil almış və ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
2009-2011-ci illərdə Naxçıvan Tibb Kollecində müəllim kimi fəaliyyət göstərmişdir.
2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin magistr təhsil pilləsi üzrə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasında təhsilini davam etdirmişdir.
2010-cu ilin sentyabr-yanvar aylarında qısa müddət ərzində Naxçıvan Özəl Universitetinin Pedaqogika və psixologiya kafedrasında müəllim vəzifəsində çalışmış, daha sonra fəaliyyətini həmin universitetin müxtəlif şöbələrində preparator, komputer mütəxəssisi kimi davam etdirmişdir.
2013-cü ildən “Naxçıvan” Universitetinin Pedaqogika və psixologiya kafedrasında müəllim, 2020-ci ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərir. 2021-ci ildən Pedaqogika və psixologiya kafedrasının müdiri kimi fəaliyyətə başlamışdır.
 2015-2017-ci illərdə “İstedad-XXI Əsr” hazırlıq kurslarında Mental aritmetik təlimçisi kimi fəaliyyət göstərmişdir.
2014-cü ildə Beynəlxalq Fərdi İnkişaf Federasiyası tərəfindən “Mental Aritmetik” təlimçi sertifikatını, 2015-ci ildə Beynəlxalq Fərdi İnkişaf Federiyası tərəfindən “Sürətli oxu” sertifikatı, 2016-cı ildə ECDL sertifikatı almışdır.
26.02.2018 tarixindən 02.03.2018 tarixinədək ERASMUS+ layihəsi çərçivəsində Ruminiyanın Piteşti Universitetində təlimdə iştirak etmiş və təlimi sertifikatla bitirmişdir.
2020-ci ildə Gənc Psixoloqların İctimai Birliyinin təşkil etdiyi “Psixologiya 7/24” layihəsində iştirak etmiş və sertifakata layiq görülmüşdür.
2020-ci ildə Hoffman Co və Emre Baştürk Akademinin birgə təşkil etdiyi “Hafizə texnikləri və Aktiv sürətli oxu” təlimini sertifikatla bitirmişdir.
2021-ci ildə “Fabel Grup Eğitim ve Danışmanlık hizmetleri” tərəfindən Yaşam Koçluğu təlimçi sertifikatına layiq görülmüşdür.
2022-ci ildə “Diksiya Akademiyası”nın təşkil etdiyi “Natiqlik” təlimində iştirak etmiş və təlimi sertifikatla bitirmişdir.
2023-cü ildə «Мать и Дитя» İnkişaf mərkəzində onlayn kurs almış və kursu uğurla bitirərək, psixopedaqoq, uşaq psixoloqu sertifikatını qazanmışdır.
2018-2020-ci illərdə “Naxçıvan” Universitetində Etnopedaqogika ixtisası üzrə doktorantura təhsili almış. Hal-hazırda “Azərbaycanda etnopedaqogikanın təşəkkülü və inkişafı” adlı dissertasiya işi üzərində çalışır. Tədqiqat işi ilə bağlı Respublika və Beynəlxalq konfranslarda məruzə ilə çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Elmi Əsərləri

  1. Təhsildə səmərəliliyin artırılmasında motivasiyanın rolu. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2016. №2(3).
  2. “Şəxsiyyətin formalaşmasında inkişafetdirici təlimin rolu”. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2017. №3(6).
  3. Füzuli əsərlərində tərbiyə - şəxsiyyətin formalaşmasına təsir edən amil kimi. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2017. №4 (7).
  4. “Etnos” anlayışının pedaqoji ədəbiyyatda nəzəri təhlili barədə. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2018. №4(11).
  5. Etnopedaqogika ilə bağlı elmi anlayışların təhlilinə dair. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2019. №1(12).
  6. “Etnos” anlayışının etnopedaqoji baxımdan təhlili barədə. Gənc tədqiqatçıların II Respublika elmi-praktik konfransının materialları. 15 mart 2019-cu il, tezis.
  7. Müasir təhsilin təşkilində etnopedaqoji materiallardan istifadənin əhəmiyyəti. “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransının materialları. Naxçıvan, 05-06 aprel 2019, tezis.
  8. Füzuli insanın mənəvi inkişafında elm və təhsilin rolu barədə. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2020. №4(11).
  9. Cavid etnopedaqoji mədəniyyətimizin keşiyində. “Naxçıvan” Universiteti. “Naxçıvan: Mədəniyyətlərin qovuşduğu məkan”. Beynəlxalq Elmi Konfrans.  2020- ci il. Naxçıvan.
  10. Folklor nümunələri etnopedaqogikanın təşəkkülünü şərtləndirən amil kimi. Al Farabi Journal. 9th Intenational Conference on Social Sciences. May 2 – 4, 2021/ “Nakhchivan” University, Azerbaijan.
  11. Ailə dəyərləri və nikah. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2021. №1(20).
  12. Məhəmməd Füzuli əsərlərində hüquqi tərbiyə məsələləri. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2021. №3 (22).
  13. Pedaqoji ünsiyyətin əsasları. Magistr üçün proqram. Naxçıvan-2021.
  14. Magistr üçün proqram. Naxçıvan-2021.
  15. Məhəmməd Tağı Sidqi əsərlərində şəxsiyyətin formalaşması haqqında. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2022. №1 (24).
  16. Əliheydər Həşimov xalq pedaqogikası haqqında. “Naxçıvan” Universiteti, Elmi əsərlər–2022. №2 (26).
  17. Naxçıvan mütəfəkkirlərinin əsərlərində şəxsiyyət problemi (XIX əsrin sonu – XX əsrin əvvəlində). XIX-XX əsrlərdə Azərbaycanın tanınmış mütəfəkkirlərinin yaradıcılığında şəxsiyyət problemi. Naxçıvan-2022. Məqalələr toplusu.
  18. İrəvan və Naxçıvan etnopedaqoji nümunələri. “İrəvan Müəllimlər Seminariyası-140” Respublika elmi konfransı, 27 oktyabr 2022, Naxçıvan/Azərbaycan, 2022.
  19. Azərbaycanda etnopedaqoji fikrin təşəkkülü və inkişafına bir nəzər. Azərbaycan Dövlət Universiteti, Elmi əsərlər-2022. №3.
  20. Böyük İpək Yolunun Azərbaycanın etnomədəni həyatında rolu. “Beynəlxalq İpək Yolu və Naxçıvan” Beynəlxalq Elmi Konfransın materialları. (22 – 23 noyabr 2022). Naxçıvan – 2022.
  21. Azərbaycanda etnopedaqoji fikrin təşəkkülü və inkişafına Heydər Əliyev qayğısı. “Təhsildə modernləşmə və innovasiyalar dövrün tələbidir” mövzusunda Respublika Elmi Konfransı. Bakı, 2-3 may, 2023 .
  22. Heydər Əliyev milli mədəniyyətin təmsilçisi kimi. “Heydər Əliyev və milli dövlətçilik məsələləri” Respublika Konfransı. (25 – 26 may 2023). Naxçıvan – 2023.
  23. İnkluziv cəmiyyət və inkluziv təhsil. Təhsildə inkişaf mərhələləri: rəqəmsallaşdırma və gələcək perspektivlər. I Respublika Elmi Konfransı. Naxçıvan, 04-05 may 2023.
  24. Azərbaycan klassiklərinin yaradıcılığında etnopedaqoji materiallardan istifadə. NDU, Elmi Əsərlər №2 (121) Naxçıvan, 2023.
  25. Müəllimlərin etnopedaqoji mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti. Avrasya 8. Uluslararası Sosyal Bilimler Kongresi 14-16 temmuz 2023. Tiflis, Gürcistan.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image