Aynur Əliyeva
İctimaiyyətlə əlaqələr və marketinq sektor müdiri
Aynur Zahir qızı Əliyeva 21 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. 1998-ci ildə Culfa şəhər 2 nömrəli tam orta məktəbinin I sinfinə daxil olub, 2009-cu ildə həmin məktəbi bitirib. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisasına daxil olub. 2011-2013-cü illər ərzində universitetin “Yeni fikir” qəzetində redaktor müavini vəzifəsində çalışıb. 2013-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildən 2015-ci ilə qədər NMR ƏƏSMN Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Xidmətlər Sektorunda baş məsləhətçi vəzifəsində işləyib. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura pilləsinin “Həyatın müxtəlif sahələrində sosial iş” ixtisasına qəbul olub, 2023-cü ildə həmin ixtisası bitirib. 2020-ci ilin sentyabr ayından “Naxçıvan” Universitetində redaktor - korrektor vəzifəsində, 2023-cü ilin fevral ayından etibarən isə İctimaiyyətlə əlaqələr və marketinq sektor müdiri vəzifəsində çalışır.