“Naxçıvan” Universiteti, Nazirlər Kabinetinin qeydiyyatından keçmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin lisenziyasını almış və bütün dövlət universitetləri kimi tələbə qəbulu üzrə ümumi qaydalara əsasən fəaliyyət göstərir.

“Naxçıvan” Universitetinə qəbul üçün əcnəbi tələbələrin https://portal.edu.az/ keçidinə daxil olaraq online müraciət etməlidir. Əcnəbi tələbələrin müraciəti üçün lazım olan sənədlər:

  • Rektorun adına ərizə (elekron ərizə eyni qüvvəyə malikdir )
  • Attestat/diplom və qiymət cədvəli/transkript (yüklənilir)
  • Pasportun əsli (yüklənilir)
  • Sağlamlıq haqqında arayış
  • 3x4 ölçüsündə fotoşəkil  (son 6 ayda çəkilmiş)
  • Referans məktubu
  • Dil sertifikatı (varsa)
  • Digər sertifikatlar və ya təltifnamələr

Bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməli və rəsmi təsdiq edilməlidir.

  • Magistratura və Doktorantura namizədləri üçün CV
  • Magistratura və Doktorantura namizədləri üçün niyyət məktubu

Təqdim edilməsi vacib olan sənədlər

Xarici vətəndaşlar üçün:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturaya yalnız ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmalara qəbul oluna bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Naxçıvan” Universitetində təhsil alacağı dil ilə bağlı imtahan verirlər. “Naxçıvan” Universitetinə qəbul olan tələbə, təhsil alaçağı dil ilə bağlı müvafiq sertifikat təqdim etdikdə imtahandan azad olunur. 

Əvvəlki təhsil pilləsində Azərbaycan dilində təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, “Naxçıvan” Universitetində dil imtahanı vermədən Azərbaycan dilində təhsilllərini davam etdirə bilərlər. Əgər dil sertifikatı yoxdursa tələbə 1 il və ya 6 ay təhsil alacağı dildən hazırlıq keçir. 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsil almaq hüququ

1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dis­ser­tantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü­qa­vilə­lərə uy­ğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağ­la­dıq­­ları müqavilələr əsasın­da hə­yata keçirilir.

2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dis­­­ser­tan­tlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təh­sil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.

3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində «Azərbaycan dili» fənnindən əlavə doktorluq im­ta­hanı verirlər.

5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçi­rilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daha ətraflı məlumatı “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsindən əldə edə bilərlər.

İkili və Azərbaycan vətəndaşlığı olan əcnəbilərin sənədləri qəbul olunmayacaqdır.

Tarixlər:

1.Müraciət - 20 avqusta qədər

2.Sənədlərin yoxlanılması - 20-30 avqust

3.Müsabiqə nəticələrinin elanı - 01 sentyabr

4.Qeydiyyat - 01-13 sentyabra

 İllik ödəniş:

Bakalavr-1200-1500 dollar

Magistr-1200 dollar

Doktorantura - 1500 dollar

Hazırlıq - 800 dollar

  Əlaqə:

Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

www.nu.edu.az

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image