“Naxçıvan” Universitetində elmi-praktiki konfrans keçirilib
Bu gün ali təhsil müəsissəsində “İqtisadiyyatda yaşıl maliyyə və yaşıl investisiyaların üstün cəhətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda çıxış edən “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Nurlana Əliyeva mövzunun aktuallığını qeyd edərək bildirib ki, iqtisadi tərəqqi və innovasiya ilə əlaqəli olan bu mövzu sürətli iqtisadi inkişafı və ekoloji təmiz tədbirlərin birləşməsini təmin edir. Dünyadakı tətbiqlər və müvafiq nümunələr yaşıl maliyyə və yaşıl qərarların qəbul edilməsinin müstəqil təşkilatlar üçün nə qədər mümkün və faydalı olduğunu nümayiş etdirir. Qısacası, yaşıl investisiyaya yatırım etməklə investorlar daha yaxşı , dayanıqlı ve ətraf mühit yönümlü bir cəmiyyətin yaradılmasına səbəb ola bilərlər.
Konfransda “İdarəetmə” kafedrasının müəllimi Rövşən Tağıyevin və fakültənin “Bank işi” ixtisası üzrə II kurs tələbəsi Kənan Seyidovun və “Maliyyə” ixtisası üzrə IV kurs tələbəsi Məcid İsmayılzadənin məruzələri dinlənilib. Məruzələrdə Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin mövcud vəziyyəti, "Yaşıl iqtisadiyyat" ın inkişaf imkanları, işğaldan azad olunan ərazilərin "Yaşıl enerji" zonasına çevrilməsi kimi bir çox aktual məsələlərə toxunulub.
Sonda isə tələbələrin suallarına aydınlıq gətirilib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image