Lalə Zahir qızı Allahverdiyeva 1981-ci ildə Naxçıvan MR Culfa rayonunda anadan olmuşdur. 1987-1998-ci illərdə Naxçıvan Şəhər E.Sultanov adına 7 saylı orta məktəbdə təhsil alan Lalə Allahverdiyeva 1999-cu ildə Naxçıvan Özəl Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə ali təhsil almışdır. 2003-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasi üzrə magistr təhsili almışdır. 2005-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun “Dillər və ədəbiyyat” kafedrasında laborant işləmiş, 2006-cı ildə Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və psixologiya” kafedrasında 0,5 ştat müəllim vəzifəsinə keçirilmiş, 2007-ci ildən tam (1) ştat müəllim kimi fəaliyyət göstərmişdir. 2006-2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin dissertantı olmuş, “İbtidai sinif şagirdlərinin ideya inamının formalaşdırılmasında Heydər Əliyev irsindən istifadənin elmi-pedaqoji əsasları” mövzusunda namizədlik dissertasiyasını 12 aprel 2014-cü ildə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən FD.02.121 Dissertasiya Şurasında müdafiə etmişdir. 5804.01 -  Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə pedaqogika üzrə fəlsəfə doktoru  elmi dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 iyul 2019-cu il tarixli qərarı ilə pedaqogika və psixologiya kafedrası üzrə dosent elmi adı verilmişdir. 2020-ci il sentyabr ayından “Naxçıvan” Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında 0,5 ştat müəllim kimi fəaliyyət göstərir. 1 dərslik (həmmüəllif), 1 monoqrafiya, 1 metodik vəsait, 5 fənn proqramı, 5-i xaricdə olmaqla 60-dan çox elmi məqalə müəllifi olan Lalə  Allahverdiyeva bir sıra beynəlxalq səviyyəli konfranslarda məruzələr söyləmişdir.

 ELMİ ƏSƏRLƏRİ

  1. Ailə pedaqogikası (həmmüəllif). Dərslik. Bakı: ADPU nəşriyyatı,  2016, 340 s.
  2. İbtidai sinif şagirdlərinin ideya inamının formalaşmasında Heydər Əliyev irsindən istifadə. Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2019, 224 s.
  3. Ailədə tərbiyə üsullarının tətbiqi zamanı etnopedaqoji materiallardan istifadə imkanları. Metodik vəsait. Bakı: “Elm və təhsil”, 2014, 144 s.
  4. Azərbaycan xalq pedaqogikası. Bakalavr səviyyəsi üçü proqram. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan: Məktəb, 2016, 24 səh.
  5. Ailə pedaqogikası. Bakalavr səviyyəsi üçün proqram. Naxçıvan Müəllimlər İnstitutu. Naxçıvan: Məktəb, 2018, 16 səh.
  6. Müasir pedaqoji texnologiyalar. Bakalavr səviyyəsi üçün proqram. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan: Məktəb, 2018, 16 səh.
  7. İbtidai siniflərdə müstəqil işlərin təşkili. Magistratura səviyyəsi üçün proqram. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan: Məktəb, 2021, 20 səh.
  8. Yeni pedaqoji texnologiyalar. Magistratura səviyyəsi üçün proqram. Naxçıvan Müəl­limlər İnstitutu, Naxçıvan: Məktəb, 2021, 22 səh.
  9. Müasir dövrdə  ailə tərbiyəsinin xüsusiyyətləri. Magistrantların V Elmi Konfransı, Sumqayıt, 2005, s.414-415
  10. Xalq pedaqogikasında əxlaq tərbiyəsinin didaktik məzmunu. Naxçıvan Müəl­limlər  İnstitutunun “Xəbərlər” jurnalı, № 3, NMİ 2005, s. 94-97
  11. Heydər Əliyev irsindən şagirdlərin  ideya-siyasi tərbiyəsinin formalaşdırılmasında istifadə. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 1, NMİ 2006,  s.96-98
  12. İbtidai siniflərdə Heydər Əliyev irsinin yeni təlim metodları ilə aşılanması. H.Əliyev-83. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, 2006, s.54-56
  13. Heydər Əliyev milli təhsilimizin qurucusudur. H.Əliyev-84. Müasir təlim me­tod­ları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, 2007, s.58-60
  14. İbtidai sinif şagirdlərinin ideya-siyasi tərbiyəsinin formalaşdırılmasında Heydər Əliyev irsindən istifadədə müəllimlərin rolu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 4, Naxçıvan, 2007, s.19-23
  15. İbtidai sinif şagirdlərində ideya tərbiyəsinin formalaşdırılmasına dair. H.Əliyev-85. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, may 2008, s.27-29
  16. Ulu öndərin irsindən istifadə şagirdlərin ideya-siyası tərbiyəsinin vasitəsi kimi. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, №1, NMİ, 2008, s.14-17.
  17. Ailə tərbiyəsində istifadə edilən etnopedaqoji materialların növləri. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, №4, NMİ 2008, s.41-44
  18. Heydər Əliyev irsindən istifadə etməklə II sinifdə ideya-inamın tərbiyə edil­məsi. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 2, NMİ 2009, s.28-31.
  19. Heydər Əliyev ideyaları kiçik yaşlı məktəblilərdə milli ideologiyanın formalaş­ma­sında zəruri amil kimi. H.Əliyev-86. Müasir təlim metodları və yeni peda­qo­ji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, 2009, s. 5-7.
  20. Tədrisdə yeni pedaqoji və informasiya texnologiyalarının tətbiqi. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, №2, NMİ 2010, s.38-41
  21. Heydər Əliyev şəxsiyyəti ibtidai sinif şagirdlərinin idealı kimi. H.Əliyev-87. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesin­də tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, 2010, s.7-9
  22. Инновационная обучение в началъных классах как важный фактор. «Актуaлъные проблемы гуманитарных и естественных Институт Стратегических Исследований» наук, Москва, №8, 2010, c. 285-286
  23. Dərsdənkənar tədbirlərdə Heydər Əliyev irsindən istifadə etməklə ibtidai sinif şagirdlərinin ideya inamı tərbiyəsinin formalaşdırılmasına dair. Azərbaycan Müəllimlər İnstitutu, Xəbərlər elmi-metodik jurnalı, №1, Bakı, 2011, s. 51-54
  24. Heydər Əliyev ideyaları işığında təhsilin inkişaf strategiyası. Təhsil Problemləri İnstitutu, Elmi əsərlər, №1, Bakı, 2011, s.43-48
  25. Naxçıvan Muxtar Respublikası və ümumtəhsil məktəblərinin Heydər Əliyev muzeylərinin ideya inamı tərbiyəsində rolu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 2, NMİ 2011, s. 15-20
  26. Heydər Əliyev təhsil sistemindəki islahatların təşəbbüskarıdır tezis H.Əliyev-88. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, 06 may, 2011, s. 10-15
  27. Azərbaycançılıq ideyalarının formalaşmasında Heydər Əliyev irsinin rolu. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, NDU, NMİ. “Tədris prosesinin təkmilləşdirilməsinin pedoqoji-psixoloji problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları, Naxçıvan, 2011, s. 62-66
  28. Heydər Əliyevin şəxsiyyəti siyasi-mənəvi tariximizin zirvəsi kimi. H.Əliyev-89. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, 2012, s.8-10
  29. Məktəblilərin Heydər Əliyev nümunəsində ideya inamı tərbiyəsinin məzmunu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, №4, NMİ 2012, s.18-23
  30. Об использовании активных методов обучения вначальных классах. «Педагогическое образование в России» Уральский Государственный Педагогичесkий Университет,  № 6, 2012, стр. 342-347
  31. İbtidai siniflərdə Heydər Əliyev nümunəsində ideya inamı tərbiyəsi üzrə aparılan işin əsas istiqamətləri. Məktəbəqədər və ibtidai təhsil (elmi-metodik jurnal), 2014, №1 (206), s.74-79
  32. Kurikulum üzrə “Müdrik rəhbər” mövzusunun dərs nümunəsi. Naxçıvan Muxtar Respublika­sının 90 illik yubileyi ilə əlaqədar “Təhsil kurikulumları: nəzə­ri problemlər” mövzusunda keçirilmiş Respublika konfransının material­ları. 2014, s.84-88
  33. Tarixi yaradan şəxsiyyət və onun amalları. Müasir təlim metodları və yeni pedaqoji texnolo­gi­yanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, 2014, s.35-37
  34. Heydər Əliyev nümunəsi ilə sinifdənxaric tədbirlər zamanı şagirdlərdə ideya inamının formalaşdırılması. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Humanitar elmlər seriyası. 2014, № 5 (61), s.226-229
  35. Gənclərin ailə həyatına hazırlanmasında hüquqi maariflənmənin rolu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı,  №2, NMİ 2014, s.21-25
  36. Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində Heydər Əliyev və milli ideolo­giya məsələləri. Naxçıvan Dövlət Universiteti. Naxçıvan MR-90. № 6, Naxçıvan, 2014 (xüsusi buraxılış), s.161-163
  37. Təhsilin keyfiyyətinin yüksəldilməsində müəllimin rolu. Azərbaycan Respubli­ka­sı Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, NDU, NMİ. “Tədris prosesi­nin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları”. Naxçıvan, 2014, s.136-137
  38. Ailədaxili münasibətlərin uşaq şəxsiyyətinin formalaşmasına təsiri. BDU-nin elmi əsərləri, Dil-ədəbiyyat seriyası. №3, Bakı, 2014. s.303-305
  39. İlyas Əfəndiyevin yaradıcılığında mənəvi tərbiyə məsələləri. Azərbaycan Müəllimlər İnstitutu. İlyas Əfəndiyev -100. № 4, 2014 (xüsusi buraxılış), s.129-132
  40. Məhəmməd Tağı Sidqi yaradıcılığında tərbiyə məsələləri. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, № 4, NMİ 2014. s.32-36
  41. Ali təhsilin modernləşdirilməsi zamanın tələbidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, NDU, NMİ. “Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar”. Naxçıvan 5-6 iyun 2015, s.45-47
  42. Əxlaq tərbiyəsi nəzəriyyəsinin formalaşmasında Nəsirəddin Tusinin pedaqoji görüşlərinin rolu. Naxçıvan Dövlət Universiteti. “Şərqin böyük dahisi Nəsirəddin Tusi”. Naxçıvan: 2015. s.106-110
  43. Məktəbəqədər təhsil və ona verilən müasir tələblər. Naxçıvan Müəllimlər İnstitutu. “Təhsil kurikulumları: praktik tətbiqlər” konf., 24 aprel 2015, NMİ, s.34-36
  44. Vətənpərvərlik hisslərinin formalaşmasında Heydər Əliyev muzeyinin rolu. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi. Naxçıvan Müəllimlər İnstitutu, 2015, s. 14-19
  45. Q.Səidin “Əli və Nino” əsərində qadına münasibət və dini baxışların təsviri. Bakı Dövlət Universitetinin elmi əsərləri, Dil-ədəbiyyat seriyası. №1, Bakı, 2015, s.146-147
  46. Ailədə tərbiyə işində istifadə edilən xalq pedaqogikası nümunələri. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, №1, NMİ 2015, s.14-17
  47. Görkəmli pedaqoq və alim Əziz Şərif. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı,  №2, NMİ 2015, s.22-24
  48. Ailə tədbirlərinin uşaqların mənəvi keyfiyyətlərinin formalaşmasında rolu. Bakı Dövlət Universitetinin elmi əsərləri, Dil-ədəbiyyat seriyası. №1, Bakı, 2016.
  49. Вопросы гендера и култирализма в произведении “Али и Нино”. Мос­ков­­ский науч­ный центр психологии и педагогики сборник научных публи­каций, ХХХ междуна­родная научно-практическая конференция «Теоретичес­кие и практические исcледова­ния психологии и педагогики». 30 января 2015 г. ст.6-9
  50. İbtidai siniflərdə Heydər Əliyev irsinin öyrənilməsində dərsliklərin rolu. Naxçıvan Müəllim­lər İnstitutu. H.Əliyev-93. NMİ , 2016.
  51. Роль инноваций обучения в учебном процессе. Мижнародный Гумани­тар­ный Универ­си­тет, «Першои мижнароднои мультидисципли­нарной кон­фе­ренции», випуск 23, 15 май 2015, Одеса. С.116-120
  52. Formation possibilities of ideological–confidence upbringing of school children on the sample of geniuses. ЕВРАЗИЙСКИЙ СОЮЗ УЧЕНЫХ (ЕСУ), Ежемесячный научный журнал № 3(24) / 2016, ЧАСТЬ 2, г.Москва,
  53. Uşaqların əxlaq tərbiyəsində ailənin rolu. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, NDU, NMİ.“Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar”.Naxçıvan 25 noyabr 2016, s.84-85
  54. İqtisadi tərbiyənin formalaşmasında ailənin rolu. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı, №1, (13) NMİ 2017, səh.17-20
  55. Fəal dərsin səmərəli təşkilində fasilitasiya bacarığının rolu.“Təhsil kuriku­lum­­­ları: praktik tətbiqlər” mövzusunda keçirilmiş respublika konfransının materialları. NMİ, 19 aprel 2017, s. s.124-126
  56. Heydər Əliyev ideyalarının ibtidai siniflərdə təbliği işində kitabxanaların rolu. Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi elmi – praktik konfrans, H.Əliyev-94. NMİ 2017, s. 21-24
  57. Azuşaqlı və çoxuşaqlı ailələrin tərbiyə imkanları. Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. Humanitar elmlər seriyasi. 2017.
  58. İdeya inamı tərbiyəsinin formalaşmasında müəllimin səriştəliliyi və peşəkarlığı. Təhsil Problemləri İnstitutu, Elmi əsərlər, № 6, Bakı, 2017
  59. Ailənin yaşlı üzvlərinin uşağın tərbiyəsində rolu. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. Naxçıvan: Məktəb, №1, 2018, s.19-22
  60. Öyrənməyi öyrətmək fəal təlimin əsas meyarı kimi. “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda keçirilmiş respublika konfransının materialları. Naxçıvan Müəllimlər İnstitutu, 24 aprel 2018, s.114-117
  61. Azuşaqlı və çoxuşaqlı ailələrin tərbiyə imkanarı. Naxçıvan Dövlət Universite­tinin elmi əsərləri. Humanitar elmlər seriyasi. №1, II cild, Naxçıvan, 2018,s.7-10
  62. Heydər Əliyevin milli ideologiyamızın məzmun istiqamətlərinin formalaşma­sında tövsiyə­ləri. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfran­sın materialları. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan: 2018, s.11-14
  63. Uşaqların informasiya kommunikasiya texnologiyalarından istifadə vərdişləri­nin formalaşdı­rıl­ması yolları. Təhsil İnstitutunun Elmi əsərləri,  Bakı, № 5, 2018, s. 235-238
  64. İbtidai siniflərdə ana dili kurikulumlarının tətbiqində etnopedaqoji material­lar­dan istifadənin imkanlarına dair.Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti,  Naxçıvan Müəllimlər İnstitutu.Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda keçirilmiş respublika konfransının materialları. 2019, s145-149.
  65. Mikayil Müşfiq yaradıcılığında mənəvi tərbiyə məsələləri. Bakı Elm Təhsil Mərkəzi. Pedaqogika, psixologiya elmləri üzrə elmi-nəzəri-metodik jurnal. 2019, №2, s.161- 168
  66. Heydər Əliyev nümunəsində ibtidai sinif şagirdlərində dövlət atributlarına məhəbbət hissinin formalaşdırılması. Naxçıvan Müəllimlər İnstitutu, “Xəbərlər”. 2019, №1, (55) s. 40-44
  67. Məktəblilərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasının əhəmiyyəti. Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu. “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər-2020” mövzusunda onlayn respublika elmi-praktik konfrans. 21 may 2020, Naxçıvan. 255-257 s.
  68. Şəxsiyyətin  inkişafinda  özünü  təkmilləşdirmənin  rolu. Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri, Naxçıvan,   2020, № 3
  69. Şagirdlərin əqli fəaliyyətinin formalaşdırılması inkişafetdirici təlimin əsas vəzifəsi kimi. “Naxçıvan”  Universitetinin Elmi əsərləri. Naxçıvan,2020, № 3
  70. Xalçaçılıq - estetik irsin ən qiymətli növüdür. “Naxçıvan” Universiteti. “Naxçıvan: Mədəniyyətlərin qovuşduğu məkan”. Beynəlxalq Elmi Konfrans. 2020-ci il. Naxçıvan.
  71. Müasir dərsin inkişafetdirici funksiyasının təmin edilməsi problemləri və onların həlli yolları. “Naxçıvan” Universitetinin Elmi əsərləri. Naxçıvan, 2020, № 4.
  72. Ali məktəb tələbələrinin tolerantlıq tərbiyəsi. Naxçıvan Müəllimlər İnstitutunun Elmi əsərləri, Naxçıvan, 2020, № 4.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image