Elm və innovasiya şöbəsi “Naxçıvan” Universitetində (NU) elm və innovasiyalar üzrə işlərin təşkili və koordinasiyası sahəsində fəaliyyət göstərən müstəqil struktur bölmədir və bilavasitə universitetin rektoruna tabedir. Şöbə 2023-cü ilin fevral ayında Magistratura və doktorantura bölməsinin, Elmi hissənin bazasında yaradılmışdır.

   Elm və innovasiya şöbəsinin əsas fəaliyyət istiqamətlərinə elmi tədqiqatların koordinasiyasının həyata keçirilməsi və universitetin elmi fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə elmi tədqiqatların və araşdırmaların nəticələrinin praktikada tətbiqinə nail olunması daxildir.

   Təşkilati rəhbərlik, elmi-tədqiqat məsələləri üzrə universitet bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi və bu işlərə müntəzəm nəzarətin həyata keçirilməsi də şöbənin əsas fəaliyyət istiqamətlərinə aid edilir.

   Həmçinin onu qeyd edə bilərik ki, müasir dövrdə öz səlahiyyətləri daxilində, universitet rəhbərliyinin kadr hazırlığı və elmi tədqiqat fəaliyyətinə aid qərarlarının içrasında yaxından iştirak, tələbələrin elmi yaradıcılıq fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, tələbələrin innovativ fəaliyyətə istiqamətləndirilməsi üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi prosesi Elm və innovasiya şöbəsinin əsas fəaliyyət istiqamətlərindən biridir.

   Tələbə layihələrinin gələcəkdə kommersiya məqsədləri üçün hazırlanmasına dəstək tədbirlərinin genişləndirilməsi məqsədli seçiminin təşkili, perspektivli layihələrin müsabiqəsinin təşkili, qrant təşkilatlarına və dövlət qurumlarına dəstək üçün müraciətlərin təşkili, universitetdə təhsil, elmi və inzibati fəaliyyət üçün səmərəli idarəetmə sisteminin formalaşdırılması təkliflərini hazırlamaq və onların həyata keçirilməsinə dəstək göstərmək (treninqlər və monitorinqlər təşkil etmək)kimi işlərin icrasını da Elm və innovasiya şöbəsi həyata keçirməkdədir.

   “Elmi əsərlər” jurnalının nəşri, tələbələrin elmi yaradıcılıq fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili, tələbələrin innovativ fəaliyyətə istiqamətləndirilməsi üçün tədbirlərin hazırlanması və reallaşdırılması, elmi konfransların, seminarların, dəyirmi masaların və bu istiqamətli digər tədbirlərin təşkili Şöbə tərəfindən həyata keçirilir.

   İnnovativ layihələrin hazırlanması vərdişlərinin təkmilləşdirilməsi və bu işə marağı olan gənclərin hazırlanması istiqamətli fəaliyyətlərin həyata keçirilməsi, innovativ layihələrlə işləmək məqsədilə çoxistiqamətli (multidisiplinar) elmi qrupların yaradılması prosesləri də bilavasitə Elm və innovasiya şöbəsinin səlahiyyətləri daxilindədir.

   Şöbənin mühüm istiqamətlərindən biri də, magistratura doktorantura təhsilinin həyata keçirilməsi, təkrar bakalavr təhsilinin həyata keçirilməsi və “Antiplagiat” sistemi işinin təşkili və genişləndirilməsi prosesi təşkil edir.

   “Naxçıvan” Universitetində ali təhsilin magistratura və doktorantura pilləsində kadrların hazırlanmasının idarə edilməsi və nəzarəti “Elm və  innovasiyalar” şöbəsi tərəfindən həyata keçirilir. Hazırda “Naxçıvan” Universitetində magistratura səviyyəsi üzrə  34 tələbə təhsil alır. Tələbələr sırasında 3 nəfər əcnəbi tələbə vardır.

 

“Naxçıvan”  Universitetində magistratura səviyyəsində aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:

  • 060101 -  Azərbaycan dili və ədəbiyyat müəllimliyi

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası.

  • 060111 - Tarix müəllimliyi

Tarix fənninin tədrisi metodikası və metodologiyası.

  • 060119 - Pedaqogika

Pedaqogika nəzəriyyəsi və tarixi.

  • 060404 – İqtisadiyyat

İqtisadiyyatın tənzimlənməsi

  • 060105 - Riyaziyyat müəllimliyi

Riyaziyyatın tədrisi metodikası və metodologiyası 

  • 060112 - Cografiya müəllimliyi

Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası

  • 060103 - Xarici dil müəllimliyi (ingilis dili)

Xarici dilin tədrisi metodikası və metodologiyası

060403 - Maliyyə

Bank işi

·  060409 Binesin idarə edilməsi

·  060214 Dinşünaslıq

İslamşünaslıq

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 21 iyun 232 nömrəli qərarı ilə “Naxçıvan” Universitetində doktorantura yaradılmışdır. “Naxçıvan” Universitetində doktoranturaya və dissertanturaya qəbul 2017-ci ildən aparılır .

 

“Naxçıvan”  Universitetində doktorantura  səviyyəsi üzrə ixtisasların təsnifatı aşağıdakılardır:

  • Riyaziyyat

1208.01 Ehtimal nəzəriyyəsi

  • İqtisad elmləri

5308.01 Ümumi iqtisadiyyat

5311.01 Müəssisələrin təşkili və idarə olunması

  • Coğrafiya

5402.01  Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası

  • Filologiya elmləri

5706.01 Azərbaycan dili

5716.01 Azərbaycan ədəbiyyatı

5718.01 Dünya ədəbiyyatı (konkret ədəbiyyat göstərilməklə)

5708.01  German dilləri

  • Pedaqogika

5801.01 Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə)

5804.01 Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

5807.01 Etnopedaqogika

5802.01 Təhsilin təşkili və idarə olunması

· Psixologiya

6114.01  Sosial psixologiya

·  Tarix

5503.02  Vətən tarixi

5507.01  Beynəlxalq münasibətlər tarixi

Hal-hazırda “Naxçıvan” Universitetində 10 ixtisas üzrə 3 doktorant, 12 dissertant fəlsəfə doktoru adı almaq üçün müvəffəqiyyətlə elmi-tədqiqat işləri aparırlar.  

 

Elm və innovasiyalar şöbəsinin tərkibi:

1. Zamin İsrafil oğlu Babazadə - Şöbə müdiri

2. Əliyeva Nuranə Hüseyn qızı – Magistratura və doktorantura üzrə mütəxəssis

3.                                                   – Elmi işlər üzrə mütəxəssis

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image