Cəfərova İradə Malik qızı 1989-cu il iyunun 15-də Naxçıvan şəhərində anadan olub. 1996-2007-ci illərdə Naxçıvan şəhər 8 saylı orta məktəbdə təhsil alıb. 2007-2011 -ci illərdə NDU-nun Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Alman dili müəllimliyi üzrə bakalavr təhsili alıb.  2011-2013-ci illərdə NDU-da Dilşünaslıq (Alman dili) ixtisaslaşması üzrə magistr təhsili alıb. 2013-2017-ci illərdə NDU-nun Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində İngilis dili müəllimliyi üzrə əlavə təhsil alıb. 2012-ci ildə NDU-nun Beynəlxalq münasibətlər kafedrasında baş lobarant vəzifəsində çalışıb. 2017-ci ildən Naxçıvan Universitetinin "Xarici dillər” kafedrasında Alman dili müəllimi vəzifəsində işləyir. İ.M.Cəfərova  proqram və bir çox elmi məqalənin müəllifidir.

 ƏMƏK FƏALİYYƏTİ

2009-2014-ci illərdə NMR “Araz kursları” MMC-də  Alman dili müəllimi kimi pedaqoji fəaliyyətinə başlayıb.

2012-2017- cü illərdə NDU-nun Beynəlxalq münasibətlər kafedrasında baş lobarant vəzifəsində çalışıb.

2016-2019-cu illərdə NMR “İstedad kursları” MMC-də Alman dili müəllimi vəzifəsində çalışıb

2017-ci ildən NU-nun “Xarici dillər” kafedrasının Alman dili müəllimi kimi pedaqoji fəaliyyətlə məşğuldur.

2020-ci ildən eyni zamanda NDU-nun “Roma-German“ dilləri kafedrasının saathesabı Alman dili müəllimi kimi pedaqoji fəaliyyətlə məşğuldur.

Dərc olunmuş elmi əsərləri

1. “Das Genus des Substantivs in der deutschen und aserbaidschanischen Sprache” (“Magistrantların regional elmi konfransının materialları  №4” Naxçıvan NDU - 2013)

2.“Steigerungsstufen der Adjektive” (Magistrantların XIII Respublika elmi konfransının materialları Sumqayıt SDU -2013)

3. “Deklination der Substantive in der Deutschen und Mutter Sprache” (“Magistrantların regional elmi konfransının materialları  №5” Naxçıvan NDU - 2014)

4. „Alman dilçiliyinin yaranma tarixinə qısa baxış“ NDU Elmi əsərlər Jurnalı 2022 № 1 (114)

Səh 38-43

5. “Naturalizmin Alman ədəbiyyatına təsiri” NU Elmi əsərlər Jurnalı 2022 № 1 (24) səh.118-193

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image