Aysel Ədalət qızı Abbasova 1991-ci il 30 noyabrda Naxçıvan şəhərində anadan olmuşdur. 1998-ci ildə Naxçıvan şəhər A.Tağıyev adına 17 saylı məktəbdə orta təhsilə başlamış, 2009-cu ildə həmin məktəbdən məzun olmuşdur. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və Xarici dillər” fakültəsinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olmuşdur. 2013-cü ildə həmin ixtisasdan məzun olmuşdur. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2015-ci ildə məzun olmuşdur. 2017-ci ildə Naxçıvan Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında müəllim olaraq işə başlamışır.